İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürət həddini aşdı, qəzaya səbəb oldu -VİDEO

1054 25.05.2016 22:12 Hadisə A A
Kanal S (Region TV) xəbər verir ki, bu gün saat 13:30 radələrində Şəki şəhərinin M.F.Axundzadə prospekti ərazisində Xan Sarayının qarşısında yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisəyə səbəb “Az 55-BO 229” dövlət nömrə nişanlı, Daşdəmirov Həmzə Əliəşrəf oğluna məxsus “ Vaz-21-07” markalı avtomobilin sürücüsünün düzgün sürət rejimi seçməməsi nəticəsində üfüqi nişanlanma xəttini keçərək, qarşıdan gələn “Az 55-BA041” dövlət nömrə nişanlı, Nəbiyev Taleh Nəriman oğluna məxsus  “Vaz -21-011” markalı avtomobillə toqquşması olub. 

Şəki Şəhər Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq baxış keçiriblər. Xoşbəxtlikdən sürücülər xəsarət almayıb. Hadisə nəticəsində avtomobillərə yüngül ziyan dəyib. Ölən, yaralanan və ya bədən xəsarəti alan olmayıb. Şəki Rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR