İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirkət əməkdaşı xidməti avtomobillə 33 yaşlı qadını vuraraq öldürüb

1016 18.01.2017 12:22 Hadisə A A
 Bakıda şirkət əməkdaşı xidməti avtomobillə 33 yaşlı qadını vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospektində 1986-ci il təvəllüdlü Ramin Qurbanov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Ramilə Qasımovanı vurub. Nəticədə R.Qasımova hadisə yerində ölüb.

Qeyd edək ki, R.Qurbanov "Nisbət MMC"-də sürücü vəzifəsində işləyir, onun idarə etdiyi avtomobil şirkətə məxsusdur.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR