İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə taksi sürücüsü sərnişin tərəfindən bıçaqlanıb

452 18.01.2017 00:51 Hadisə A A
Şəmkir rayonunda taksi sürücüsü sərnişini tərəfindən bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Çinarlı qəsəbəsində baş verib.

Belə ki, naməlum şəxs taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobilə əyləşərək sürücü, Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Babayev Namiq İdris oğluna onu Seyfəli kəndinə aparmasını deyib. Yolda sərnişin sürücünü bıçaqla hədələyərək avtomobili saxladıb və daha sonra onu bıçaqlayaraq oradan uzaqlaşıb.

Yaralı yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR