İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada avtobus azyaşlını vurub

547 11.01.2017 22:30 Hadisə A A
Quba rayonunda azyaşlını avtobus vurub. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Timiryazev qəsəbəsində baş verib. 

Qəsəbə ərazisində yolu keçmək istəyən 2009-cü il təvəllüdlü Yusifov Aydın Ramin oğlunu marşrut avtobusu vuraraq xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb. 

Həkimlər A.Yusifova qapalı kəllə beyin travması, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol diz oynağının oynaqdaxili sınığı diaqnozu qoyublar. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR