İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Parkda narkotik xassəli bitkilər aşkarlandı

2053 05.05.2015 12:55 Hadisə A A
Şahdağ Milli Parkının ərazisində mühafizə rejiminin yoxlanılması məqsədilə Park əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, reyd zamanı Milli Parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 16 saylı dolayının 37-ci kvartalının 3 m2 sahəsində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 15 ədəd bitkinin naməlum şəxslər tərəfindən əkilib-becərilməsi faktı aşkar edilib.

Faktla bağlı ETSN tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hazırda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR