İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarada dəhşətli qəza: 1 ölü, 4 yaralı – VİDEO

1146 18.01.2017 17:11 Hadisə A A
“Sürücünün idarəetməni itirməsi ölümə səbəb oldu”

Astara rayonunda baş verən yol nəqliyyat hadisəsində xəsarət alanlardan biri də dünyasını dəyişib.

ARB TV xəbər verir ki, Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilən Astara rayonu, Şuvi kənd sakini 28 yaşlı Yusif Məmmədovuxilas etmək mümkün olmayıb.

Ağır kəllə-beyin traması alan şəxs gecə saatlarında vəfat edib.

Hadisə Kijəbə qəsəbəsi ərazisində qeydə alınıb. Bəylər İbrahimovun idarə etdiyi “Vaz 21011” markalı avtomomaşını maneəyə çırpıb. Nəticədə, sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb. Onlardan 4-ü Astara, 1-i isə Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR