İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeqor Şerbakovla bağlı açıqlama

4774 24.10.2013 16:40 Gündəm A A
Azərbaycan vətəndaşı Orxan Zeynalovun “qətlə yetirdiyi” Yeqor Şerbakovun Vnukovo aeroportunda ölkəni tərk edərkən saxlanılması ilə bağlı yerli mətbuatda gedən xəbərlərə hava limanın mətbuat xidmətindən rəsmi açıqlama gəlib. 

“Qafqazinfo” “Dojd” kanalına istinadən xəbər verir ki, hava limanının mətbuat katibi Yelena Krılova bildirib ki, Azərbaycan KİV-i “özünü yaxşı aparmır”. Onun sözlərinə görə, Vnukovoda nə “mərhum Yeqor Şerbakov”, nə də “onun sənədlərini götürən şəxsi” saxlanılıb. 

Qeyd edək ki, bu barədə bu gün "Yeni Müsavat"ın hazırda Moskvada olan reportyoru Aygün Muradxanlının reportajında yazılıb. Əməkdaşımız Moskvada bu xüsusda yayılan şayiələrin dildə-ağızda dolaşdığını qeyd edib. O, bu hadisənin gerçəkdən də doğru olduğunu iddia etmir, Moskvada bu cür şayiələrin yayıldığını, orda-burda bu barədə danışıldığını bildirir.

Reportyorumuzun məqaləsindəki abzas bundan ibarətdir: "Xəbəri “Yeni Müsavat”a verən qaynağın iddialarına görə, Rusiyada bu məsələ ilə bağlı gərginlik hələlik davam etdiyindən qondarma ölüm olayının təşkilatçıları Yeqor Şerbakov və onun sevgilisinin təhlükəsizliyini bu yolla təmin etmək qərarına gəlib. Yeqor Şerbakovun Vnukovo hava limanının gömrük məntəqəsində hansı səbəbdən saxlanması aydın deyil. Hələlik deyilənlərlə bağlı rəsmi versiya əldə etmək mümkün olmayıb".

Yazıda ayrıca o da bildirilir ki, Moskvada yaşayan həmvətənlərimiz də bu hadisəyə şübhə ilə yanaşırlar.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR