İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni müdafiə naziri haralıdır?

27264 03.11.2013 08:38 Gündəm A A
Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənovun vəzifə təyinatından sonra onun barəsində məlumatlar mediada yayılmağa başladı. Ancaq yeni nazir barədə mediada o qədər də geniş məlumata rast gəlmək mümkün olmadı. Təyinatdan dərhal sonra yeni nazirin tərcümeyi-halı, xüsusən maraqla izlənilən region amili ilə bağlı müxtəlif versiyalar yayılmağa başladı. 

Mediada mövcud olan məlumatda qeyd olunur ki, general polkovnik Zakir Əsgər oğlu Həsənov 6 iyun 1959-cu  ildə Astara rayonunda anadan olub. 1980-ci  ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

Azərbaycan Respublikası prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.

Yeni nazirin bioqrafiyasında Astarada doğulması faktı onun bu bölgədən olması ilə bağlı iddialara səbəb olsa da, sonradan mediada nazirin Naxçıvandan, başqa mənbələrdə isə Qərbi Azərbaycandan olması ilə bağlı məlumatlar yayıldı. Z.Həsənovla bağlı müxtəlif versiyaların yayılmasını nəzərə alaraq biz də müdafiə nazirinin mənsub olduğu regionla bağlı araşdırma aparmaq qərarına gəldik. Qısa araşdırmadan sonra məlum oldu ki, Zakir Həsənovun atası Əsgər Həsənov İrəvan yaxınlığında (20 kilometr) yerləşən Eçmiədzin məntəqəsində anadan olub. Bu barədə qəzetimizə bilgi verən mənbə bildirdi ki, Əsgər Həsənovun ailəsi sonradan İrəvana köçərək burda yaşayıblar. Ə.Həsənov SSRİ sərhəd qoşunlarında zabit kimi xidmət edib. Zakir Həsənov da atasının xidmət etdiyi Astarada dünyaya gəlib.

HÜSEYN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR