İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Azərbaycanı da hədəf alan yeni qorxunc planı

23908 26.07.2014 20:15 Gündəm A A
Məqalədə bildirilir ki, Rusiya qanunvericiləri və hərbçiləri ölkəyə qonşu olan dövlətlərdə narahatlıq doğuran bir qanunverici akt üzərində işləyirlər: “Müvafiq işçi qrup təhlükəsizlik məsələləri ilə məşğul olacaq özəl müəssisənin yaradılması üçün zəmin hazırlayır. Rusiya KİV-ləri yazır ki, söhbət faktiki surətdə Amerika özəl hərbi kompaniyası olan “Blackwater”in (bir neçə il öncə adı dəyişdirilərək “Academi” olub) hansısa analoqunun yaradılmasından gedir. Artıq payızda parlament – Dövlət Duması bu təşəbbüslə bağlı qərar verməlidir”.

Müəllifə görə, layihənin Kreml tərəfindən müdafiə ediləcəyindən şübhələnməyə dəymir: “Prezident Putin özəl hərbi müəssisələri “dövlətin birbaşa müdaxiləsi olmadan milli maraqların müdafiəsi üçün etibarlı alət” hesab edir. Qanunverici sənədə əsasən, özəl hərbi strukturlardan o yerlərdə istifadə olunması nəzərdə tutulur ki, orada nizami silahlı qüvvələrin iştirakı siyasi və hüquqi amillərə görə çətin və ya mümkünsüzdür. Bu hərbi strukturlar müstəsna olaraq keçmiş xüsusi təyinatlı zabitlər və əsgərlər hesabına komplektləşdiriləcək və Federal Təhlükəsizlik Xidmətinə tabe olacaq”.

Sənəd müəllifləri bu özəl qurum əməkdaşlarının ilk növbədə hara göndəriləcəyini gizlətmirlər: “Bu – Ukraynadır. Parlamentarlar hesab edirlər ki, Qərb Rusiyayönlü separatçılarla mübarizədə Ukrayna ordusuna dəstək verdiyi, bu məqsədlə Kiyevə altdan-altdan özəl ordular göndərdiyi üçün Moskva buna adekvat cavab verməlidir”.

Təbii ki, Ukraynanın şərqindəki separatçılar arasında bu təşəbbüs canlı maraq yaradıb və onları xeyli ruhlandırıb: “Bu, bizə kömək üçün yaxşı vasitə olacaq”. Separatçıların liderlərindən biri Denis Puşilin nəşrə açıqlamasında belə deyib. Bundan əlavə, özəl hərbi strukturların əməkdaşları lazım gələrsə, Rusiyanın Qafqazdakı ordu birləşmələrindəki əsgərləri, o cümlədən tanınmamış Abxaziya və Cənubi Osetiyadakı hərbçiləri əvəzləyə bilərdilər”. 

Müəllifin toxunduğu daha bir maraqlı məqam: “Bundan başqa, özəl ordunun əməkdaşlarının xidmətində Rusiya sərhədlərindən uzaqda olan ölkələr də maraqlı ola bilərdilər. Misal üçün, vaxtilə Liviyanın sabiq diktatoru Müəmmər Qəzzafi daxildəki rəqiblərini susdurmaq üçün rus və ukraynalı hərbi ekspertləri dəvət eləmişdi. Moskva bu plan üzərində işləməklə açıq-aşkar Amerika nümunəsinə əsaslanır. Məsələ ondadır ki, Vaşinqton artıq uzun illərdir ki, bütün dünya üzrə özəl ordulardan istifadə edir. Belə ki, Ağ Ev hökumətinin göstərişi ilə onun əməkdaşları Latın Amerikası ölkələrində narkotik ticarətinə qarşı mübarizə aparır, Əbu-Dabidə isə şah ailəsini təhlükəsizliyinə cavabdehdir”.

“Lakin “Blackwater”in imici İraqdakı hərəkətləri ilə güclü şəkildə korlanıb. Belə ki, onun əməkdaşları İraqda mülki insanlara işgəncə verilməsi və onların güllələnməsində iştirak ediblər. Bu barədə isə geniş ictimaiyyətə Wikileaks-in sayəsində məlum olmuşdu”, - deyə müəllif fikrini tamamlayır. 

****

Şübhə yox ki, Putin rejiminin yaratmaq istədiyi və “Blackwater”in analoqu olacaq bir hərbi qurum daha qorxulu şəkildə zühur edəcək. Azərbaycan xalqının milli maraqlarının da bundan zərər görəcəyi istisna deyil. Ən azı iki faktora görə: birincisi, Ermənistanda da Rusiya hərbi kontingenti yerləşir və Qarabağda yeni savaşın başlayacağı təqdirdə onların özəl (əslində başkəsən) ordu ilə əvəzlənəcəyi realdır. 

İkinci yandan, sirr deyil ki, rəsmi Moskva öz köklü maraqlarının diktəsi ilə MDB məkanındakı avtoritar və diktatura rejimlərinin himayəçisi qismində çıxış edir. Yəni fors-major vəziyyətlərdə və ya rəngli inqilablar zamanı belə rejimlərə gizlicə keyfiyyətli hərbi dəstək vermək məsələsi. Yeri gəlmişkən, Rusiya Təhlükəsizlik Şurasının son fövqəladə toplantısında prezident Putin bununla bağlı kifayət qədər açıq mesaj verib.  

Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR