İnsanlara hürriyət, millətlərə istiqlal!

GÜLƏR ƏHMƏDOVANIN BEYNİ QURUYUR

14087 20.02.2013 09:58 Gündəm A A
Bu arada Gülər Əhmədovanın Bakı İstintaq Təcridxanasındakı durumu ilə bağlı da məlumat ala bildik. Əldə etdiyimiz xəbərə görə, sabiq deputat hazırda dələduzluq maddəsi ilə həbs edilən bir xanım dekanla saxlanır. Sabiq deputatın saxlandığı kamera olduqca yüksək səviyyədədir. İçəridə soyuducu, isidici də var. Eks- deputatla bağlı “içəridə dava salır, müalicə müəssisəsinə köçürülmək üçün tələb irəli sürür” xəbərləri isə kökündən yanlışdır. Öyrəndiyimizə görə, G.Əhmədova həbsxanada özünü olduqca nümunəvi aparır.
Dünən G.Əhmədovanın vəkili Eldar Qədimi sabiq deputatla görüşüb. Bu barədə movqe.az-a danışan vəkil sabiq deputatın səhhətinin yaxşı olmadığını deyib. Onun sözlərinə görə, G.Əhmədovanın istintaq təcridxanasında vəziyyəti ağırlaşıb: “Onun əsas problemi nəfəs almaqla bağlıdır. Təngnəfəs olduğundan danışa bilmir. Depressiyaya düşüb. Boğazında zobu var. Quruma gedir beynində. Ürəyində sancılar var, əsəbləri gərgindir. Belə getsə, biz Gülər Əhmədovanı itirə bilərik”.
Vəkilin sözlərinə görə, saat yarım Gülər Əhmədovanın yanında olub: “Deyir ki, mən günahsızam. Vicdanım təmizdir. İnansınlar mənə. Səhhətindən ciddi şikayətləri var. Ağrıları güclüdür”.
Vəkili APA-ya deyib ki, səhhətindəki problemlərə baxmayaraq, G.Əhmədova müalicə müəssisəsinə köçürülməyib: “Mənimlə söhbətində bildirdi ki, dövlətə sadiq qalacaq, əqidəsindən dönməyəcək”.
Günün sonunda isə APA xəbər yayıb ki, ombudsmanın nümayəndələri G. Əhmədova ilə görüşüblər.
Maraqlıdır ki, görüş təcridxananın tibb-sanitar hissəsində olub. G.Əhmədova səhhətində müəyyən problemlərin olduğunu bildirib. Tibb hissəsinin rəisi isə G.Əhmədovanın səhhəti ilə bağlı qaldırdığı məsələlərin araşdırılması məqsədilə buraya köçürüldüyünü və ilkin rəyə görə onun səhhətində hər hansı bir ciddi problemlərin olmadığını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR