İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilib

670 13.12.2018 16:32 Son xəbər A A

Gürcüstanın Marneuli rayonunun Kəpənəkçi kəndində ötən ayın əvvəlində xəstəxanada vəfat etmiş 17 yaşlı Emin İsmayılovun ailə üzvləri etiraz aksiyası keçiriblər.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın İctimai televiziyası məlumat yayıb.

E.İsmayılov noyabr ayının 4-də Rustavi-Qırmızı körpü avtomagistralında qəzaya düşüb. Onun atası bildirib ki, oğlu xəstəxanaya aparılarkən huşu özündə olub, xəstəxanada iki saatlıq əməliyyatdan sonra həkimlər onun öldüyünü bildiriblər.

Gəncin ailə üzvləri E.İsmayılovun ölməsində həkimləri günahkar hesab edirlər. Onlar faktla bağlı istintaqın aparılması və həkimlərin cəzalandırılmasını tələb ediblər, əks halda davamlı etiraz aksiyaları keçirəcəklərini bildiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR