İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan prezidenti "Qazprom"la əldə olunan razılaşmaya qarşıdır

1335 17.01.2017 19:00 Son xəbər A A
"Prezident Georgi Marqvelaşvili hesab edir ki, Gürcüstan hökuməti ilə "Gazprom" şirkəti arasında imzalanan müqavilə ölkəyə zərər verəcək".

 "APA-Economics" "Sputnik" agentliyinə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Eka Mişveladze bildirib.
 
"Bu müqavilənin imzalanması ilə ölkənin enerji sektoru zəifləyib, Gürcüstanın iqtisadi və siyasi maraqları zərər görüb. Bu, gələcəkdə bizə bir sıra problemlər yarada bilər. Bunları nəzərə alaraq, prezident parlamentə səslənərək lazımi addımlar atmağı tövsiyə edib. Parlament Konstitusiya ilə təsbit olunmuş funksiyasını yerinə yetirməlidir. Söhbət ölkəmizi üzləşə biləcəyi risk və təhlükələrdən qorumaqdan gedir", - deyə mətbuat katibi qeyd edib.
 
Cari ilin yanvar ayının 1-dək rəsmi Tbilisi Gürcüstan üzərindən Ermənistana nəql olunan Rusiya qazına görə tranzit haqqı qismində "Qazprom" şirkətindən nəql olunan "mavi yanacağ"ın 10%-ni alırdı. Son danışıqlardan sonra isə tərəflər ödənişin nağd pul qismində həyata keçirilməsinə dair razılıq əldə ediblər. Razılaşmanın detalları açıqlanmır.
 
"Qazprom" 2017-2018-ci illər ərzində Ermənistana 2 - 2,2 mlrd. kubmetr qaz ixrac etmək niyyətindədir.
 
Gürcüstan 2007-ci ildən etibarən Rusiyadan qaz almır. Ölkənin əsas qaz təchizatçısı Azərbaycandır. Azərbaycan Gürcüstana lazım olan təbii qazın 90% həcmini təmin edir. Gürcüstanın qaza olan illik tələbatı 2,5 mlrd. kubmetrdir. Qonşu ölkənin enerji balansında təbii qazın payı 40%-dir. Gürcüstan il ərzində Azərbaycandan 500 mln. kubmetr qaz ala bilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR