İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Prezidenti Azərbaycan Prezidentini təbrik edib

610 19.04.2018 17:33 Region A A

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Vurğulamaq istərdim ki, Azərbaycan xalqı öz ölkəsinin inkişafına, əmin-amanlığına, təhlükəsizliyinə və sabitliyinə, rifah və uğurların təminatına səs verdi. Keçən dövr ərzində Sizin ölkənizin siyasi, iqtisadi və mədəni sahələrdə inamlı inkişafının şahidi olduq. Əminəm ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası daha böyük uğurlara nail olacaq.

Gürcüstan və Azərbaycan əsrlər boyu dostluq, möhkəm mədəni əlaqələr və uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluq hissləri yaşamışlar. Xalqlarımız hər zaman öz gələcəkləri və ölkələrinin rifahı naminə bir-birinin yanında olublar. Ölkələrimiz öz suverenliyi və ərazi bütövlükləri naminə mübarizəyə birgə qoşulmuş və regionda sülhə və sabitliyə nail olmuşlar. İnanıram ki, strateji tərəfdaşlar olaraq, xalqlarımızın mənafeyi naminə əməkdaşlığımızın dərinləşməsi və genişlənməsi uğurlu nailiyyətlərə gətirib çıxaracaqdır.

Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və dost Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə Zati-alinizə xoşbəxtlik, cansağlığı və ali dövləti vəzifənizdə uğurlar diləyirəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR