İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan “Boinq” konserni üçün ehtiyat hissələr istehsal edəcək

487 19.12.2018 03:12 Dünya A A

Gürcüstanda təyyarələr üçün ehtiyatlar istehsal edən zavod Amerikanın “Boinq” Təyyarəqayırma Konserni üçün də ehtiyat hissələri hazırlayacaq.

AZƏRTAC xəbər verir ki, konsern rəhbərliyi zavodun fəaliyyəti və istehsal etdiyi detalların keyfiyyəti ilə tanış olduqdan sonra zavoda keyfiyyət sertifikatı təqdim edib.

Zavodun direktoru Arie Beysbord rəhbərlik etdiyi qurumun Amerikadan belə bir sertifikat almaq üçün uzun müddətdir çalışdığını deyib. Sonunda konsern rəhbərliyi zavodun xahişini qiymətləndirib və “Boinq” üçün ehtiyat hissələri istehsal etməyə icazə verib. Bu sertifikat zavoda yüksək keyfiyyətli mal-material istehsal etməyə imkan verir.

“Zavod “Boinq” konserni üçün müxtəlif təyinatlı 200 adda ehtiyat hissələri istehsal edəcək”, - deyə, Beysbord vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR