İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: Vəfadar və bayraqdar oğlanın çempionluğu

4566 11.08.2017 10:05 Foto fakt A A

Bu bizim oğlandır, bizim qızıl oğlan. Ramil Quliyev. Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının qızıl medalçısı. Dünyanın ən sürətli 2 adamndan biri.

O bu torpaqlarda, bu şəhərdə  yetişib. İlk idman uğurlarını burada qazanıb. 

Ancaq sonra ya qayğısızlıq görüb, ya sayğısızlıqla üzləşib, ya da sonrakı idman uğurları üçün Azərbaycanı əlverişli tramplin hesab etməyib, hər nədirsə, qardaş ölkəyə gedib və qazandığı qızıl medalları özüylə yanaşı Türkiyə üçün qazanıb. 

O qədər də fərqi yoxdur, ha Türkiyə, ha Azərbaycan. Gerçək qardaşlıq olan yerdə fərqi yoxdur ki, o qızıl medallar kimin muzeyində qalacaq. 

Əsas odur ki, Ramil ölkəmizin bayrağını da yanında daşıyır, qələbə qazandığı halda onu da çiyninə salır. 

Bu, onun peşəkar idmançılığı ilə yanaşı, gerçək bir vətənpərvər olduğunu da, vəfadarlıını da göstərir. 

Bundan əvvəl çempion olan, medal qazanan idmançıların çoxu belə etmirdi. Ramil isə göstərdi ki, onun doğrudan da iki vətəni var vəana vətəninə naxələf çıxmayacaq. 

Ramil Quliyevin bu şəkli həm də müğənni Əhməd Şəfəqin məşhur şərqsində dediyi fikrin fotosudur: "Beşikdən məzara qədər, Egeydən Xəzərə qədər Azərbaycan-Türkiyə".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR