İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: "Sən dik bax, qız, qoy sənə kömək etməyənlər üzlərinə ələk tutsun"

4765 01.08.2017 12:10 Foto fakt A A

Şəkildə gördüyünüz bu qız zərdablıdır. Onun sifətinin mozaiklənməsi səbəbsiz deyil.

Xeyr, bu qız heç bir qəbahət iş görməyib. Tam əksinə. O. yüz minlərlə həmyaşıdından daha yaxşı, ehtirama layiq iş görüb, test imtahanlarında 662 bal toplayaraq, ölkənin ən yaxşı universitetinin ən yaxşı fakültəsinə qəbul olunub.

Ancaq o, pulsuzluq, parasızlıq səbəbindən təhsilini davam etdirə bilməmək təhlükəsi qarşısındadır. 

Ailəsi bu qızı oxutmaq üçün yetərli imkana sahib deyil. Bunun təhsil haqqı var, kirayə evi var, geyimi-kecimi, bir aylıq dolanışığı və sair xərcləri var.

Bəs necə olsun? Gözümüz baxa-baxa, vətənin bu savadlı, ağıllı qızı batıb getsinmi, təhsil almadan, arzularını həyata keçirmədən, vaxtından tez ailə qurub külfət saxlasınmı?

>

Axı belə dərin zəkaları, iti beyinləri hələm-hələm yetişdirmək olmur.

Onsuz da kəmsavad gənclər ildən-ilə daha da artır. Demək, əldə olanın qədrini bilmək, belə gənclərə dayaq durmaq lazımdır.

Bundan ötrü yalnız böyük vəzifə və ya kapital sahibləri irəli durmalıdırlar, bu qıza kömək etməli, vətənin gələcəyinə kapital qoymalıdırlar.  

Bu baxımdan əslində bu qızın sifətinin görünməməsinin qayğısını çəkmək lazım deyil, qoy imkanı olub da ona kömək etməyənlər üzlərinə ələk tutsunlar.

N.Asifli

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR