İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu - "Bayraqdan uca göydə bir Allahdı, Moskva!"

4224 23.01.2018 12:05 Foto fakt A A

Bu foto Moskvada, "Mega" ticarət mərkəzində çəkilib. 

Zibil qutusunun rəngi Yer üzündəki bütün azərbaycanlılara tanş gələcək. Çünki çox doğmadır, ən azı 26 ildir ki, o rənglər bizim üçün göy qurşağının, spektrin rəngi olmaqdan çıxıb, daha əzizdir.

İndi bu rəngləri Moskva kimi meqapolisin "Meqa" adlı ticarət mərkəzində zibil qutusunu rəngləyiblər. 

Soruşsan, deyəcəklər, təsadüfdür, hətta camaatın zibil növlərini ayrışdırması üçün zərurətdir.

Bəs niyə bu rənglər seçilib? Cavab belə olacaq: "Bunlar təbii və populyar rənglərdir".

Ancaq kağız məmulatlarının atılmalı olduğu qutuya nədən göy rəng çəkilsin axı? Kağız ağdır, qutu da ağ ola bilərdi. 

Yox, elə olsa, onda zibil qutusu Rusiya bayrağına oxşayardı.

Eləcə də plastik zibillər üçün başqa rəng, məsələn, narıncı seçilə bilərdi.

Bu da olmaz. Ermənilərin bayrağında narıncı rəng var. 

"Sair zibillər" isə mütləq yaşıl rəngli qutulara atılmalıdırmı? Elə zibil rəngində qutu olmazmı?

Nə desələr, nə izahat versələr də, boş şeydir. Bu, sataşmaqdır. Bu təşəbbüsü verəni araşdırsaq, yeddi arxa dönənində də olsa, bir erməni çıxacaq. 

Belə haqq-hesablar təsadüfi olmur, bunu bir düşünən, bəyənən, həyata keçirən var.

Hər kəs bilməlidir ki, bayraq müqəddəsdir, dövlətin, millətin namus-şərəf atributudur, ona sataşmaq olmaz. Məşhur şairimizin məşhur şeirinin bir neçə hərfini dəyişərək, belə deyə bilərik.

"Bayraqdan uca göydə bir Allahdı", Moskva!

Musavat.com

  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR