İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tehran Güney Azərbaycan türklərini təhqir etdi”

4741 01.06.2015 09:20 Güney hadisələri A A

“İran çempionluğunun bir addımlığında olan Təbrizin “Traxtorsazi” klubuna qarşı İran futbol rəsmilərinin iyrənc saxtakarlığı sayəsində müəmmalı bir şəkildə “Traxtor”dan alıb və kuboku panfarsizmin mərkəzi olan İsfahan şəhərinə apardılar. Bu, yetməməş kimi, 35 milyonluq Güney azərbaycanlının duyğuları ilə oynadılar və həqarət etdilər".

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) məsul şəxslərindən biri olan Ağrı Qaradağlı bunu “Yeni Müsavat”a açıqlamasında dedi. Onun sözlərinə görə, İran hakimiyyəti bir daha Güney Azərbaycan türklərini təhqir etdi: “Bunu həm də Milli Qiyamın (2006-cı ilin may hadisələri-C.T.) ildönümünə bir həftə qalmış etdi. Demək, İran məsulları 2006-cı ilin may hadisələrindən yetərincə dərs almayıb. İran rejiminin bu məkrli işləri bir daha sübut etdi ki, bizim yolumuz haqq yoludur. Hakimiyyət bu addımı ilə nə qədər antitürk bir rejim olduğunu sübut etdi”.


A.Qaradağlı məsələnin üzərinə gediləcəyini bildirdi: “GAMOH olaraq öz etirazımızı İran rejiminə bildirəcəyik. Həm Milli Qiyamın ildönümünə görə, həm də Təbrizdə Güney Azərbaycanın ”Traxtor" kulubuna edilən həqarətli işlərə sərt təpkimizi ortaya qoyacağıq. UNPO-ya bu barədə geniş etiraz hazırlanıb və sənədlərin əlimizə çatmasını gözləyirik. Bundan əlavə, GAMOH olaraq Güney Azərbaycandakı durum və konkret olaraq bu məsələ ilə bağlı konfrans keçirəcəyik. Sonda Türkiyədəki İran konsulluğu önündə etirazımız olacaq".
GAMOH bildirir ki, matçı idarə edən hakimlər eksperti Təbriz klubunun oyunçusunun birinə nədən sarı kart verdiyini aydınlaşdıra bilməyib. Bundan sonra qırmızı kart alaraq meydançadan çıxarılan oyunçuya qarşı da haqsızlığın olduğu qeyd olunub: “Hakimlər ”Traxtor"un xeyrinə olan yüzdə-yüz bir penaltinin olduğunu təsdiq etdilər. Lakin oyunu idarə edən hakim bu penaltini vermədi. Bunların nəticəsində İran hakimiyyəti çempionluq kubokunu “Traxtor” kulubundan oğurlayıb fars şəhərinə apardı. “Traxtor”un baş direktoru bildirib ki, əlində əsaslı sənədlər var və bunlar planlı şəkildə çempionluğu “Traxtor”dan aldıqlarını sübut edir".


Deputat Fazil Mustafa isə sosial şəbəkələrdə qeyd edib ki, İran futbol çempionatında Təbrizin “Traktorsazi” komandasının çempion olmaması üçün İran hakim dairələri bütün fırıldaqları işə saldı və bu, gözlənilən idi: “Aldığım məlumata görə, son turda digər bir favorit olan İsfahan komandasının hesabının bilinməməsi üçün stadionda internet tamamilə kəsilib, yalandan İsfahan komandasının məğlub olması barədə informasiya verilib. Həmçinin, ”Traktorsazi"nin aparıcı oyunçusuna qırmızı kart verilib və doğma stadionda hesab bərabərə qalıb. Təbriz klubunun oyunçuları heç-heçənin kifayət etdiyini düşünərək sonluqda riskə getmədilər. Oyun başa çatanda isə bəlli oldu ki, İsfahan komandası qalib gəlib və çempion olub. Demək ki, bir Azərbaycan komandasının çempion olması İran rejimi üçün ən arzuolunmaz bir hadisə olacaqdı. Hətta Sovet rejimi də bu qədər həyasızlıq etməmişdi. Gürcüstanın, Ukraynanın, Belarusun komandaları da çempion ola bilirdi. Bu gün Rusiyada türk komandası olan “Rubin” də çempion ola bildi. Yəni bu qeyd olunanlar İranda şovinizmin ən son nümunələrindən sayıla biləcək bir faktdır".

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR