İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizdə futbol həyəcanı; “Traxtur”- “İstiqlal”: 2 - 2

1078 08.11.2014 01:33 Güney hadisələri A A


Bakıda “Qarabağ” futbol komandasının həyəcanlı anlar yaşatmasından bir gün sonra Azərbaycanın ikinci paytaxtı Təbrizdə “Traxtur” komandası yüz minlərlə həmvətənimizi coşdurub. 

Sevimli komandamız Təbrizin “Səhənd” stadionunda ən önəmli və prinsipial oyunlarından birini keçirib. Belə ki, təbrizlilər əbədi rəqibi, Tehranın “İstiqlal” klubu ilə qarşılaşıb. İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 14-cü həftəsində keçirilən oyunun birinci hissəsində heç bir takım tərəfindən qol vurulmayıb. İkinci hissədə isə hər komanda 2 qol vurmağa nail olub.

“Traxtur” tərəfindən Saman Nəriman Cahan 74, Edinyu 86, “İstiqlal” tərəfindən isə Borhani 63 və Əmir Hüseyn Sadiqi 95-ci dəqiqələrdə qol vurdular. Bununla da “Traxtur”-“İstiqlal”  müsabiqəsi 2 – 2 bərabər hesabla sona çatıb.

Bu nəticədən sonra “Traxtur” xalını 28-ə çatdırıb və yenə də turnir cədvəlinin birinci pilləsində qalıb. “İstiqlal”ın isə 24 xalı var.

GunAz.TV-nin xəbərinə görə, stadionda oyunu 70 000 nəfərdən çox “Traxtur” tərəfdarı izləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR