İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizdə etirazlar yenidən vüsət alıb (VİDEO)

2347 21.11.2015 07:27 Güney hadisələri A A

İran televiziyasında azərbaycanlı türklərin təhqir olunması ilə bağlı Təbrizdə gözlənildiyi kimi etirazlar bu gün də davam edib. 

Belə ki,  bu gün Səhənd stadionunda Təbrizin "Traxtur"  və Xorasanın "Siyahameqan" futbol klubları arasında keçirilən oyunda azərbaycanlılar etiraz olaraq "Haray, haray, mən türkəm" və digər şüarlar səsləndiriblər. Oyun bitdikdən sonra stadionu tərk edən azərbaycanlı azarkeşlər etiraz şüarları səsləndirməkdə davam ediblər. Nəticədə İran polisi fəallıq göstərən bir neçə azarkeşi saxlayıb. 

Sosial şəbəkələrdə yayılan məlumata görə, saxlanılanlar arasında Mehdi Şərifi, Mehdi Şirzad,  Mühəndis Cəfərpur, Yavər Sultanı Məcid Nağı zadə, Hadi Hüseynzadə, Həsən Camalı adlı azarkeşlər var. 

Qeyd edək ki, keçiriləcək oyunda etirazların olacağı ilə bağlı əvvəlcədən sosial şəbəkələrdə məlumatlar yayılmışdı. 

Əlavə olaraq bildirək ki,  komandalar arasında keçirilən oyun heç-heçə ilə nəticələnib. 
Xatırladaq ki,  İran televiziyasında azərbaycanlı türklərinin təhqir olunması ilə bağlı noyabrın 9-dan başlayaraq Güney Azərbaycanda etirazlar keçirilir. Aksiyalarda onlarla fəal həbs olunub. Yayılan məlumatlarda onların bir neçəsinin külli miqdarda pul qarşılığında zaminə buraxıldığı, digərlərinin isə təcridxanalarına ağır şəraitdə saxlanıldığı bildirilir. 

Etirazlara dəstək olaraq Bakıda, Türkiyənin bir neçə şəhərində, Avropa ölkələrində dinc aksiyalar keçirilib. 

Xalidə GƏRAY 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR