İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu torpaqdan pay olmaz, Urmu Kürdistan olmaz!”

2752 20.11.2014 23:53 Güney hadisələri A A
Güney Azərbaycanda hər bir fürsətdə milli və demokratik hüquqların təmini uğrunda şüarlar səsləndirilir. Xüsusilə futbol taqımlarının qarşılaşmasında səsləndirlən milli şüarlar artıq digər oyunlar zamanı da ucalır və soydaşlarımız öz varlıqlarını uca səslə duyururlar. Son zamanlar bölgədə yaşanan gərginlik kürd terrorizminin Azərbaycanın qərb bölgəsində aktivləşməsi ilə müşahidə olunur və bu səbəbdən soydaşlarımızın terrorizmə qarşı şüarları da xüsusi seçilir. GünAz TV-nin məlumatına görə, noyabrın 19-da Urmiyənin Ğədir stadionunda bu şəhərin “Şəhrdari” voleybol takımı ilə Vəraminin “Mətin” komandası arasında oyun keçirilib. Qarşılaşmanı minlərlə soydaşımız tamaşamçı qismində izləyib. Onlar səsləndirdikləri şüarlarla stadionu lərzəyə gətiriblər. Tamaşaçılar son zamanlar Urmiya mahalının qoparılmasına yönəlik kürd separatçılarının cəhdlərinə cavab veriblər. Onlar “Bu torpaqdan pay olmaz – Urmu Kürdistan olmaz!”, “Bu torpaqdan pay olmaz – Sulduz Kürdistan olmaz”” və s. kimi şüarlar səsləndirməklə stadionda Təbrizin “Traxtur” futbol komandasının müsabiqələrinə oxşar ab-hava yaradıblar. Qarşılaşma 3 – 0 hesabı ilə Urmiyəni təmsil edən komandanın xeyrinə yekunlaşıb.

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR