İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Amnistiya Təşkilatı bəyanat verdi

1365 18.07.2015 01:58 Güney hadisələri A A

İyulun 16-da Beynəlxalq Amnistiya Təşkilatı  Güney Azərbaycanda milli haqları uğrunda mübarizlər Hüseyn Əliməhəmmədi və Taha Kirmani haqda çıxarılan 10 illik həbs hökmünü qınadı. 

Bu haqda Musavat.com-a Ümid Partiyasının sədr müavini Rüfət Muradlı məlumat verib. R. Muradlı bildirib ki, Hüseyn Əliməhəmmədi digər milli fəal Taha Kirmani ilə bərabər 2013-cü ilin noyabrında İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdılar. Təbrizli fəallar Susma adlı dərgi və Susuz Göl adlı bloqda fəaliyyətləri üçün “rejimə qarşı təbliğat” və “ali ruhani lideri təhqir etmək” ittihamlarına məruz qalaraq 3 il həbs, habelə İran bayrağını yandırdıqları iddiası ilə “müqəddəsləri aşağılamaq” və “ictimai mülkiyyətə qəsdən ziyan vurmaq”da ittiham edilərək qanunsuz şəkildə əlavə olaraq 10 il həbsə məhkum olundular. Saxlanıldıqları müddətdə ən ağır şəraitlə üzləşən milli fəalların hər biri üst üstə 13 il haqsız cəzaya məhkum olunsalar da müvəqqəti zaminə buraxılan Taha Kirmani İranı tərk edə bildi. 

Qeyd edim ki, Hüseyn Əliməhəmmədinin hüquqlarının müdafiəsi ilə bağlı  İranda Azərbaycanlıların İnsan haqları dərnəyi ( AHRAZ) da aksiyaya başlamışdı. Beynəlxalq Amnistiya Təşkilatı da milli fəallar haqda çıxarılan hökmü qəti şəkildə pisləyərək  Hüseyn Əliməhəmmədinin dərhal azad olunmasını İran hakimiyyətindən tələb edib”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR