İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp öldürülə, devrilə və ya impiçmentə cəlb edilə bilər”- Pol Vud

3121 23.01.2017 12:28 Gündəm A A
ABŞ prezidenti Donald Trampın səlahiyyətlərinin icrasına başladığı heç 3 gün deyil, amma indidən onun sonunun pis qurtaracağını söyləyən çoxdur.

BBC müxbiri və “Yeni Amerika” fondunun elmi əməkdaşı Pol Vud bununla bağlı maraqlı versiyalar ortaya atıb. 

Musavat.com həmin məqaləni təqdim edir.

“Respublika hökumətlərinin ən böyük düşmənləri xarici dövlətlərin onların bizim dövlət şuralarımıza təsir və çəki qazanmaq cəhdləridir. Bunun ən gözəl yolu isə öz adamlarını Birliyin (ABŞ nəzərdə tutulur-red.) ən yüksək vəzifəsinə gətirməkdir”.

 Vaxtilə bu cümlələri ABŞ-ın qurucu atalarından sayılan Aleksandr Hamilton 1788-ci ildə yazıb. 

Картинки по запросу alexander hamilton
Aleksandr Hamilton (1757-1804)

Hamilton bu sözləri sanki ABŞ-ın  indiki dövrləri üçün deyib. Hazırda ABŞ prezidenti seçilən adamı düşmənləri Kremlin şantaj etdiyi və ələ aldığı agent kimi təqdim edirlər. Dövlətin yeni başçısı isə həm media, həm kəşfiyyat orqanları, həm də siyasi elita ilə müharibə edərək Riçard Nikson rejimində fəaliyyət göstərir.

Müəllif Senatın kəşfiyyat üzrə komitəsinin “Siyasi kampaniya ilə məşğul olan şəxslərlə Rusiya arasında əlaqələr barədə dinləmələrə başladığı” barədə bəyanına diqqət çəkir:

“Komitənin respublikaçı sədri təhqiqatın “ikipartiyalı” olacağnı və zərurət halında məsələ ilə bağlı şəxslərin dinləmələrə çağırılaçağını vəd edib. Əgər Trampın əməkdaşları və ya dostları həqiqətən prezident kampaniyası gedişində haker hücumlarının koordinasiyası ilə bağlı Kremllə görüşmüşlərsə bunu yalnız bir adı ola bilər: Xəyanət! 

Belə bir skandal ortaya çıxsa bu müəyyən dərəcədə Uotergeyt işini xatırladacaq. Görəsən, Tramp da Nikson kimi öz vəzifəsini vaxtından qabaq tərk edəcəkmi?”, - müəllif sual verir.

Похожее изображение

“Konqresdə hələ ki Trampın impiçmenti haqqında danışan yoxdur.

Mövzu ilə əlaqədar çox az konqresmen açıq şəkildə danışır. Bunlardan biri də Konqresin Demokrat partiyasından olan üzvü Maksin Uotersdir.

Xanım Uoters MSNBC kabel kanalına verdiyi müsahibədə Trampın Rusiya ilə əlaqələri ilə bağlı əsl həqiqəti üzə çıxaracaqlarını bildirib. “Gəlin aydınlaşdırıb görək ki, azad dünyanın ən mühüm vəzifəsini Rusiya və Putinin girovuna çevrilən adama etibar etmişik, ya yox”, -Uoters bildirib.

Yazı müəllifi Nümayəndələr palatasının demokrat üzvlərinin taktiki baxımdan hələ ki susmağa üstünlük verdiyini bildirir. Çünki hələ ortada bir şey olmadığı üçün palatanın hüquqi komitəsində üstünlük təşkil edən respublikaçılar dinləmələri ümumiyyəltə rədd edə bilərlər. 

“Ona vəzifəyə keçməsinə imkan vermək lazımdır. Onun prezidentliyi dövründə  impiçmentə səbəb olacaq hansı hərəkəti törədəcəyini izləməliyik. Elə sübutlar toplamaq lazımdır ki, respublikaçılar özləri də Trampdan aralı gəzmək ehtiyacını duysunlar. Niksonla da bağlı məhz eyni proses baş verdi”, - bu sözləri isə Trampın impiçmenti ilə bağlı müstəqil təhiqat aparan “Amerika mənzərəsi” siyasi jurnalının təsisçisi və baş redaktoru, həmçinin universitet professoru Robert Katner deyib.

Картинки по запросу robert Kuttner
Robert Kattner

 Katner ABŞ konstitusiyasında xarici dövlətdən alınan bəxşişlərlə bağlı müddəaların gələcəkdə Trampa da aid olunacağına ümid edir.
 
Konstitusiyada Konqresin razılığı olmadan bu cür bəxşişləri almağı yüksək vəzifəli şəxslərə qadağan edir. 

Xarici diplomatlar Trampın Vaşinqtondakı otellərində qalmağa başlasa, banklar onun şirkətlərinə aşağı faizlərlə borc versə, xarici korporasiyalar Tramp qüllələrində mənzilllər alsa necə?...Bu bəxşiş sayılmayacaqmı? -müəllif sual verir.

Картинки по запросу trump hotel washington dc

“Yəqin ki, Trampın da opponentləri onun Moskvanın “Ritz Karlton” otelinin prezident nömrəsində rus fahişələrlə birlikdə konstitusiyada nəzərdə tutulan əməlləri törətdiyini güman edirlər. Ya da ki, bu rusların özləri tərəfindən daha böyük işi gizlətmək üçün yalandan ortaya atılıb.

Müəllif keçən ilin mart ayında ABŞ xüsusi xodmət orqanlarının əlində Kremlin Trampa pul göndərdiyi barədə səsyazmanın olduğunu bildirib. Əgər bu səs yazısı ortaya çıxarsa Trampı həqiqətən Niksonun taleyi gözləyə bilər.

Lakin Tramp tərəfdarlarının fikincə, dinləmələr müxaliflərin edə biləcəyi minimum işdir. Amerikanın sağçı saytlarından biri, “Infowars” yeni prezidentin qətlə yetirilə biləcəyi ehtimalını irəli sürüb.

Saytın aparıcısı Aleks Cons isə başqa bir versiyadan danışıb. O, ABŞ-ın liberal dairələrinin ölkədə hərbi vəziyyət elan edilməsi, hətta dövlət çevrilişi barədə çağırışlarının ciddi olduğunu bəyan edib.

Картинки по запросу US military coup
  
Pul Vud eyni şeyi bu ilin mart ayında Vaşinqtonun liberal ziyafətlərindən birndə olarkən eşitdiyini bildirir: 

“Orada milli təhlükəsizlik sahəsində çalışanlardan biri Trampın seçilməsi halında tankların Ağ Evin qazonlarının üzərinə çıxacağını demişdi. İmpiçmentin özü nə qədər az ehtimal versiya kimi səslənsə də, bu hadisələrin inkişafının heç də ən müdhiş variantı olmaya bilər”.

Vaqif Hüseyn, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR