İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflis imtina etdi: “Rusiya ilə olan müqavilə...”

482 19.01.2017 14:47 Gündəm A A
“Qazprom”la olan müqavilə kommersiya sirridir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Energetika naziri Kaxa Kaladze söyləyib. O, müxalifətin sözügedən müqaviləni ictimailəşdirməklə bağlı tələbinə cavab olaraq qeyd edib ki, bu cür sazişlər istənilən ölkədə kommersiya sirri olaraq qorunur.

Kaladze həmçinin əlinə imkan düşən kimi bu müqavilənin şərtlərini ictimailəşdirəcəyini də bildirib.

Qeyd edək ki, Tiflislə “Qazprom” arasında yeni qaz müqaviləsi imzalanacaq. Müqaviləyə əsasən, Rusiya bundan sonra Gürcüstan ərazisindən keçərək Ermənistana gedən boru kəmərinə görə ödənişi pulla həyata keçirəcək. Üstəlik, Tiflis Rusiyadan əlavə qaz almaq imkanına da sahib olacaq. Moskva isə bu qazı 215 dollara yox, 185 dollara satacaq. Hələlik Gürcüstan hökuməti tranzit haqqının nə qədər olacağını söyləmir və yalnız bu qiymətin Avropada ən bahalı tranzit qiymətlərindən biri olduğunu deyir.

Tiflis 2016-cı il 31 dekabra qədər Ermənistana Rusiyadan gedən qazın ümumi həcminin 10%-ni tranzit qarşılığında əldə edirdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR