İnsanlara hürriyət, millətlərə istiqlal!

Serqey Culakyan Bakı bəyannaməsini imzaladı: "Mən Bakıya Avropadan gələcəyəm"

1862 23.01.2017 16:36 Gündəm A A
Artıq neçə gündür ki, Yerevandan olan vətəndaş fəalı Serqey Culakyan səs-küylü açıqlamalarla, müsahibə və video-müraciətlərlə çıxış edərək Serj Sarkisyan hökumətinin Ermənistanda və Qarabağın işğal zonasında apardığı siyasəti kəskin tənqidə məruz qoyur.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyan xatırladır ki, ötən yayda Sarkisyana qarşı etiraz aksiyalarında aktiv iştirak etmiş S.Culakyan erməni hakimiyyəti tərəfindən təzyiqə məruz qaldı və sonda Avropa ölkələrindən birinə mühacirət etməyə məcbur oldu.

S.Culakyan dünən "Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma"ya daxil olması barədə bəyannamə imzalayıb və ən yaxın zamanda Bakıya gəlmək niyyətində olduğunu bildirib.

"Mən hər şeyi etmək istəyirəm ki, bizim torpaqlarımızda sülh bərqərar olsun. Amma Ermənistan və Azərbaycan arasında sülhə yol Sarkisyan hökumətinin devirilməsindən keçir. Biz hər şeyi etməliyik ki, xalqlarımızı bu kriminal dəstədən qurtaraq", - deyə S.Cukalyan virtualaz.org-a qısa şərhində vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR