İnsanlara hürriyət, millətlərə istiqlal!

“RÖVŞƏN LƏNKƏRANSKİ” “OĞRU DÜNYASI”nın KRALI OLA BİLƏR

62447 30.01.2013 09:46 Gündəm A A

Polisin məlumatına görə, üzərlərinə baxış zamanı E.Abbasovdan 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və 11,288 qr heroin, X.Umudovdan 1 ədəd nömrəsi silinmiş “TT” markalı tapança və 5,200 qr heroin, E.Əliyevdən 1 ədəd nömrəsi silinmiş “Naqan” markalı tapança, N.Məmmədovdan 3 qr heroin, Ə.Əsgərovdan 2,150 qr heroin, N.Atakişiyevdən 3,074 qr heroin, N.Abdullayevdən 30,60 qr həşiş götürülüb.

Rəsmi məlumatda deyilirdi ki, yanvarın 19-da Xətai rayonu ərazisindəki “Fərat” çay evində bir qrup şəxsin toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə DİN-ə əməliyyat məlumatı olub.
Ötən həftə sonu isə Moskva yaxınlığındakı Nikolina Qora qəsəbəsində Rusiya və Belarusdan olan kriminal avtoritetlərin toplantısının qarşısı alınıb. Rusiya DİN-in saytına istinadən verdiyi məlumata görə, 23 nəfər həbs edilib. Görüşdə Belarusdan gəlmiş “qanuni oğru”luğa üç namizədin “taclanması” mərasimi müzakirə olunurmuş. Görüşdə kriminal klanın rəhbəri “Ded Xasan”ın ölümündən sonrakı fəaliyyət planı müzakirə olunmalı, Tariel Onianiyə tabe olan cinayətkar qruplaşmaların işinin əlaqələndirilməsi məsələsinə baxılmalı imiş. Məlumdur ki, hazırda həbsdə olan Tariel Onianinin (“Taro”) azərbaycanlı avtoritet Rövşən Canıyevlə (“Lənkəranski”) yaxşı münasibətləri var və “Ded Xasan” qruplaşması onları bu qətldə əsas imza olaraq göstərir.

Tariel Onianinin (“Taro”)

“Ded Xasan”ın qətlindən sonra onun klanına daxil olmayan “qanuni oğrular”ın Moskvanı tərk etməyə başladıqları da gələn xəbərlər sırasındadır. Ölkəni tərk edənlərin arasında Cemo Mikaledzo, Merab Canqveladze və Rövşən Canıyevin adı çəkilir. Maraqlıdır ki, bu arada “Rövşən Lənkəranski”nin Bakıda olması barədə xəbərlər yayılıb. Aznews.az-a daxil olan məlumata görə, o, Bakıya ad gününü qeyd etməyə gəlib. Onun ad günü mərasiminin Bakının məşhur restoranlarından birində təşkil olunduğu bildirilir. Xəbərdə iddia olunur ki, “Rövşən Lənkəranski” Bakıya yanvarın 26-da axşam gəlib və gömrük keçid məntəqəsindən çox rahatlıqla keçib, Bakıda onu polis saxlamayıb. Amma sonradan onun gəlişində başqa məqsədlərin ola biləcəyindən ehtiyatlanan hüquq-mühafizə orqanları “qanuni oğrunu” saxlamaq əmri verib. Ancaq bu qərar barədə anındaca xəbər tutan “Rövşən Lənkəranski” gizlənməyə müvəffəq ola bilib. Məlumatda deyilir ki, onu saxlamaq üçün DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları geniş əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Rövşən Canıyev (ortada)

AzNews.az-ın əldə etdiyi digər bir məlumata görə, onun Bakıya gəlişi müəyyən dairələrlə, xüsusən polislə razılaşdırılıb. Bu razılığa baxmayaraq, Rövşən Canıyev öz sənədlərini də müəyyən qaydaya salıb. Belə ki, o, gömrük keçid məntəqəsindən rahatlıqla keçmək və sərhədçilərin diqqətini çəkməmək üçün soyadında dəyişiklik edib. Sitat: “Bu dəyişik Rövşənin Bakıda olması xəbərini dəqiqləşdirmək üçün həmin gün ölkəyə daxil olan şəxslərin siyahısına baxıldıqda müəyyən olunub. Məlum olub ki, o, Rövşən Canıyev yox, Rövşən Canı adı ilə sərhədi keçib”. Qeyd edək ki, rəsmi qurumlar bu xəbərə heç bir şərh vermirlər. Amma “Rövşən Lənkəranski”nin həqiqətən də yanvarın 27-də ad günüdür.
R.Canıyevin Bakıya qayıtması xəbərinin fonunda dünən daha bir maraqlı məlumat yayılıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl ölkənin şimal-qərb bölgəsindən olan kriminal avtoritetlər bir araya gələrək son vaxtlar respublikada həbs edilən avtoritetlərlə bağlı müzakirələr aparıblar. Toplantı Zaqatalada baş tutub.
Toplantıda onların bəziləri arasında fikir ayrılığı yaranıb və mübahisə düşüb. Mübahisəyə son qoyan avtoritetlərdən bəziləri sonradan bu mübahisəyə yenidən qayıdıblar.
Əvvəllər müxtəlif cinayətlərlə dəfələrlə məhkumluq həyatı yaşayan, Xəqanı Baqiryani ilə Rəşad Rəsulov arasındakı mübahisə sonda bıçaqlanma ilə nəticələnib. Onların hər ikisi bir-birinə çoxsaylı bıçaq zərbələri endiriblər. Hər iki şəxs Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, yaralıların vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

“Lotu Quli”

APA-nın iddiasına görə, hadisədə adı hallanan Xəqanı Baqiryani və Rəşad Rəsulov kriminal aləmdə nüfuz sahibləri sayılırlar. “Oğru aləmi”ndə kriminal avtoritet adı alan Xəqanı Baqiryani bir müddət əvvəl həbsdən çıxıb. O, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamıdır. Bu məlumatda diqqətçəkən bıçaqlana tərəflərdən birinin “Lotu Quli” nin yaxını olması ilə bağlıdır. Heç kimə sirr deyil ki, “Rövşən Lənkəranski” ilə “Lotu Quli” uzun müddətdir ki, münaqişədədirlər. Bu münaqişə Moskvadakı topdansatış göy bazarına nəzarətdən tutmuş ən müxtəlif səbəblərlə izah edilir. Amma son vaxtlar bu münaqişə Azərbaycanın həbsxanalarında açıq müstəviyə keçib. Məsələn, ötən ilin sonlarında bir neçə dəfə Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında “Lotu Qulu” və “Rövşən Lənkəranski”ni dəstəkləyən qruplar arasında dava düşüb. Hətta tərəflər arasında qan da tökülüb.
Belə görünür ki, “ded” in qətlindən sonra xeyli güclənən Oniani-Caniyev qruplaşmalarının Rusiyada və keçmiş SSRİ məkanında əsil söz sahibi olması Moskvanın güc strukturlarına sərf etmir. Bəzi iddialara görə, tezliklə “Rövşən Lənkəranski” “oğru dünyası”nın kralı ola bilər.
“Rövşən Lənkəranski” barədə bu günlərdə Rusiyanın ictimai kanalında göstərilən filmdən də bunu sezmək mümkündür. Sözügedən filmdə Canıyev barəsində oğru adına yaraşmayan ifadələr və iddialar səslənib, onun güc strukturları ilə əlbir işlədiyi barədə iddialara geniş yer verilib.
Rusiya mətbuatı da “Ded Xasan”a sui-qəsdin təşkilində “Rövşən Lıənkəranski”nin adını daha tez-tez hallandırır. «Novaya qazeta»nın yazdığına görə,(aznews.az) ölüm qərarı 2009-cu ilin əvvəlində verilib. Qəzet kriminal aləmdə dolaşan söhbətlərə görə qətli “Merab” ləqəbli Merab Cenqveladze, “Cemo” ləqəbli Cemo Mikeladze və “Rövşən Lənkəranski”nin sifariş verdiyi versiyasından yazır: “Hətta təfərrüat da müzakirə edilir. ”Cemo" təşkilatı məsələlərlə məşğul olub. “Merab” sifarişi maliyyələşdirib. “Rövşən Lənkəranski” isə Azərbaycandan killer briqadası dəvət edib. Bu mənbələr əmin edir ki, hadisədən bir neçə saat sonra killerləri həbs etməyə hazırlaşıblar. Ancaq əməliyyat qrupunu rəhbərlik məlum olmayan səbəblərdən bazaya qaytarıb".
Qəzetin yazdığına görə, hadisədən 2 gün əvvəl “ded”in ofisinə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları gələrək sui-qəsdin olacağı barədə xəbər veriblər. Usoyan isə cavabında “Əgər sifariş varsa, bütün hallarda öldürəcəklər” deyərək bu informasiyaya görə pul verməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR