İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsul Cəfərov: "Həbsdə olduğum müddətdə mənim üçün heç bir şey dəyişməyib"

2502 18.03.2016 00:50 Gündəm A A
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.

Dövlət başçısının imzaladığı sərəncam ölkə gündəmini dəyişdi. İctimaiyyətin diqqət mərkəzində olan siyasi məhbusların bir çoxunun adını əfv siyahısında  görmək mümkündür. Artıq onların böyük hissəsi gecə saatlarında evlərinə buraxılıb. 

Azadlığa çıxan və artıq keçmiş siyasi məhbuslardan biri olan Rəsul Cəfərov musavat.com-a özəl açıqlama verib. R.Cəfərov azadlığa çıxmağı ilə bağlı bunları deyib: "Bizə dedilər ki, sabah, yəni martın 18-i, səhər saatlarında azadlığa çıxacağıq. Təbii ki, sevindirici xəbər idi. Təqribən 1 il 8 aydır həbsdə idim. Heç kim həbsdə olmaq istəməz. Əminəm ki, hər bir məhbusun arzusu qısa zamanda azadlığa çıxmaqdır.

Biz, səhər tezdən azadlığa çıxmağı gözləyirdik. Lakin axşam saatlarında öyrəndik ki, daha da tez buraxırlar. Bu, daha da yaxşı oldu. Hər kəs ailəsinə daha tez qovuşmuş oldu". 

Hüquq müdafiəçisi bundan sonrakı fəaliyyəti ilə bağlı da danışıb: "Mən həbs edilənə qədər də hüquq müdafiəçisi idim, bundan sonra da belə olacaq. Həbsdə olduğum müddətdə mənim üçün heç bir şey dəyişməyib. Ümid edirəm ki, ölkəmizdə hüquq müdafiəçiləri, QHT rəhbərləri üçün əvvəlkindən daha yaxşı şərait yaradılacaq. Çünki insan hüququnun müdafiəsi həm ölkəmizin, həm də xalqımızın güclənməsi üçün vacibdir". 

Məhəmməd Türkmən
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR