İnsanlara hürriyət, millətlərə istiqlal!

“Reina” terrorçusunda tapılan 197 min dolların sirri açılıb

13604 18.01.2017 14:12 Gündəm A A
“Reina” gecə klubunda törədən Özbəkistan vətəndaşı Əbdülqadir Maşaripovun Vətən küçəsində yerləşən terrorla mübarizə şöbəsində aparılan istintaqı 36 saatdır ki, davam edir. 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçunun qaldığı evdə tapılan 197 min dolların sirri də çözülüb. Bu pul ona terrordan sonra qaçması üçün İŞİD tərəfindən verilib.

Türkiyə mətbuatı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib ki, Ə.Maşaripov Özbəkistandakı bir universitetdə təhsili alıb. Kod adı Əbu Məhəmməd Əl Xorasani olan Ə.Maşaripov nəzarətxanalardan birində təkbaşına saxlanılır. O, gözaltında ikən bir müddət susub. 

“Reina” terrorçusu ilə bağlı son məlumatlar isə aşağıdakı kimidir: 

- “CNN Türk”ün xəbərinə görə, terrorçu əmri Rakkadan alıb. Terror təşkilatının Türkiyə üzrə əmiri olan Hoca Akın köməkçisi olan İlyas Maşapirovla terror aksiyası ilə bağlı görüşlər keçirib. Onlar internetdəki bir mesajlaşma proqramı vasitəsilə xəbərləşiblər və öz fikirlərini bu proqram vasitəsilə bir-birilə paylaşıblar. 

- Terrorçunun qaçma hazırlığı apardığı, Rakkaya getməyə çalışdığı müəyyənləşib. Digər təşkilat üzvlərinin də ona qalması üçün yer tapmağa çalışdıqları müəyyənləşib. Terrorçuların Suriya və ya İraq üzərindən Rakkaya gedə biləcəyi ilə bağlı yollar axtardığı da üzə çıxıb. 

- Terrorçunun terror əməlindən sonra həyat yoldaşının yanına gəldiyi, 1.5 yaşındaki qızının həyat yoldaşı ilə qaldığı, özününsə 4 yaşlı oğlunu da götürərək, qaçdığı bildirilmişdi. Terrorçu tutulanda oğlu yanında olmayıb. Uşağın harada olduğu araşdırılır. 

- Terrorçu əməliyyat zamanı qarşısında polisləri görüncə onlara “lütfən, məni vurmayın” deyib. 

- Terrorçu ilə bağlı bir başqa detal isə ona kömək edən 3 nəfərin yaxalanmasından sonra panikaya düşməsi və Konyadakı İŞİD hücrəsilə əlaqə qurmasıdır. Təhlükəsizlik xidmətləri bu cəhdi də qeydə alıb. 

Sevinc, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR