İnsanlara hürriyət, millətlərə istiqlal!

"Recep İvedik-5" filminə daha bir ŞOK

10609 22.01.2017 03:36 Gündəm A A
Türkiyənin Gənclər və İdman Nazirliyi “Recep İvedik-5” filmindən prokurorluğa şikayət edib.

 
Filmdə azərbaycanlı boksçuya yumruq atan və etirazlardan sonra həmin səhnəni filmdən çıxaran Şahan Gökbakara növbəti şok Gənclər və İdman nazirliyindən gəlib.


Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, filmdə boks səhnələrinin çəkildiyi idman zalının rəhbərliyindən icazə alınmadığına görə, nazirlik prokurorluğa şikayət ünvanlayaraq araşdırma aparılmasını tələb edib.



Məlumata görə, nazirlik həmin zalların müxtəlif rakursdan çəkilən şəkillərini tələb edib.




Qeyd edək ki, filmin fraqmanında Recep İvedikin azərbaycanlı idmançını yumruqlaması etirazlara səbəb olmuşdu. Nəticədə, baş rolu canlandıran aktyor Şahan Gökbakar həmin səhnəni filmdən çıxarmışdı.    


Aygün,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR