İnsanlara hürriyət, millətlərə istiqlal!

PREZİDENTİN KİÇİK QIZININ HƏYAT YOLDAŞI KİMDİR?

110967 06.09.2011 08:30 Gündəm A A
“Turan” agentliyinin məlumatına görə, A.Əliyevanın 25 yaşı var. o, Londonda qapalı məktəbdə, sonradan İngiltərə, İspaniya universitetlərində biznes-idarəetmə və dizayn üzrə təhsil alıb.
Bir müddət əvvəl məlum olub ki, o, “Silk Way” bankının sahiblərindən biridir. Burada onun tərəfdaşları bacısı Leyla Əliyeva və AZAL-ın prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Əsgərovadır.
200-dən çox qonağın dəvət olunduğu toy Bilgəh qəsəbəsində yenicə tikilmiş bağ zonasında keçirilib.
Bəy Səməd Qurbanovun Valentina adlı özündən böyük ögey bacısı var. Mərhum atasının biznesinə hazırda gəncin anası - İnna Pomelova rəhbərlik edir. Sahibkarlıq bacarığı olan və insanlarla asanlıqla əlaqə quran Aydın Qurbanov yenidənqurma dövründə özünə var-dövlət yığıb.
O, Azərbaycana Rusiya məhsullarının ixracını ilk təşkil edənlərdən biri idi. Sonradan o, neft məhsulları, polimer, əczaçılıq və taxıl məhsullarının ticarəti ilə məşğul oldu. Qurbanova məxsus “Koros” şirkətlər qrupuna hazırda həyat yoldaşı sahib olub. Şirkətlər qrupuna həmçinin “Şimali meşə şirkəti”, üç plastmas istehsalı zavodu daxildir.
“Koros” həmçinin təkər, tekstil və s. satışı ilə məşğul olur və illik dövriyyəsini orta hesabla 150 mln. dollar təşkil edir.
Aydın Qurbanov Lüksemburq Evraz Group S.A.-nın 10%-nə malik idi. Bu şirkətə Nijnetagil (91,4%), Qərbi Sibir (95,4%) və Kuznetski (100%) metal kombinatları, Kaçkanar Dağ-zənginləşdirici kombinatı (84,4%) və s. daxildir.
Mətbuatda Qurbanovun ölümündən sonra şəriki Aleksandr Abramovun bu biznesdə Aydın Qurbanovun payını öz əlinə aldığı barədə məlumatlar yayılırdı. Lakin Qurbanovun ailəsi mərhuma məxsus 500 milyon dollardan çox vəsaiti almaq ümidi ilə İngiltərə Ali Məhkəməsinə Abramova qarşı iddia təqdim edib.
Aydın Qurbanovun ömrünün son illərində Rusiya Pravoslav Kilsəsinin rəhbərliyi ilə yaxşı və sıx əlaqələri var idi. Qurbanovun ailəsi həm Rusiyada, həm də onun hüdudlarından kənarda RPK-nin bütün kilsələri üçün şam istehsalı üzrə eksklüziv hüquqa malikdir. 
Biznesmen xeyriyyəyə də böyük vəsait xərcləyirdi. Belə ki, ölümündən bir müddət əvvəl Aydın Qurbanov Bakıda pravoslav kilsəsini bərpa etdirib, mərhum Heydər Əliyev də kilsənin açılışına gəlmişdi, rus Rus Pravoslav Kilsəsinin mərhum keşişi Aleksiy kilsəni müqəddəs məbəd kimi təqdim etmişdi. Bu kilsə Bakının əsas kafedral kilsəsidir. Məbəddə Aydın Qurbanovun portreti asılıb.
Aydın Qurbanov iri diaspora təşkilatının - Ümumrusiya Azərbaycan Konqresinin banilərindən biri olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR