İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev: “Azərbaycan və ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar”

968 31.03.2016 18:15 Gündəm A A
Prezident İlham Əliyevə məxsus “Twitter” hesabından (@azpresident) ABŞ-Azərbaycan münasibətlərinə dair qısa mesajlar paylaşılıb.

Musavat.com-un məlumatına görə, prezident qeyd edib ki, ABŞ-Azərbaycan əlaqələri həmişə sıx, səmimi olub və hazırda strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlib: “Azərbaycan və ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar”.

Ölkə başçısı "ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə yatırması ölkələr arasında iqtisadi əməkdaşlığın yaxşı göstəricisidir", - deyə qeyd edib.

Dövlət başçısı onu da vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda verən layihədir.

Sonda Prezident İlham Əliyev "Ermənistanla Azərbaycan arasında münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri, ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır", - deyə vurğulayıb.
 
Aygün SƏFƏRLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR