İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəyə səs salan bəy-gəlinin evindən VİDEOREPORTAJ, FOTOLAR

18996 02.05.2015 18:53 Gündəm A A

Fiziki məhdudiyyətli insanların qəbul olunmadığı, bəzən hətta xor görüldüyü bir cəmiyyətdə bu iki gəncin xoşbəxt ailə qurması hər kəsin marağına səbəb oldu. Sosial şəbəkə istifadəçiləri tərəfindən bu nigah alqışla qarşılandı. 

Musavat.com olaraq biz də bu ailəyə olan diqqəti nəzərə alaraq Zaur- Vüsalə cütlüyünün qonağı olub, onların tanışlığı və necə ailə qurması ilə maraqlandıq. Bizi gülərüzlə, qonaqpərvərliklə qarşılayan yeni evlilər tanış olmalarının tarixçəsini belə danışdılar. 
34 yaşlı Zaur Seyidzadə həyatı boyu hər bir çətinliklə mübarizə apardığını və həyatda hər şeyə nail olduğunu deyir. 

Onun sözlərinə görə, fiziki məhdudiyyətlər insanın ailə qurmasına, xoşbəxt olmasına əngəl deyil. Hətta bu məsələnin mətbuatda qabardılmasını da qəribə qarşılayır. 
Həyat yodaşı Vüsalə xanım isə deyir ki, o Zauru fiziki məhdudiyyətli insan olaraq görmür, onu sağlam bir insan kimi qəbul edir. 

Qəhrəmanımız Zaur Seyidzadə 1981-ci ildə doğulub. İki təhsili var. Bakı Dövlət Universitetinin hüquqşunaslıq və Azərbaycan Dövlət İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib.

Əlilliyinə gəlincə, onu bu vəziyyətə salan erməni həkim olub. İki yaşında ikən başından çıxan çibanı mülicə etmək üçün müraciət etdikləri həkim əməliyyat edərkən Zaurun sinir sistemini zədələyib və o gündən sağlamlığını itirib. Buna baxmayaraq, həyatda hər şeyin öhdəsindən gələn Zaur Seyidzadə həystımınqutmaq uğrunda mübarizəsini bir an da dayandırmayıb.
Sonda gənclərə xoşbəxtlik arzulayıb evdən ayrılıq. Həyatla mübarizədə qalib olan bu insanların ailə həyatınında da uğurlu olacağına inanırıq. Ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

Məğrur Salmanov
Nərgiz Liftiyeva 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR