İnsanlara hürriyət, millətlərə istiqlal!

NAXÇIVANDA PKK-nın YUBİLEYİ KEÇİRİLDİ

3011 05.12.2008 04:26 Gündəm A A

Türkiyədə aşırı kürdçü və PKK simpatizanı kimi tanınan siirtli deputat Osman Özçelik öz murdar təbliğatını və türk düşmənçiliyini Naxçıvana da daşımağa cəsarət edib. Osman Özçelik PKK-nı siyasi hərəkat elan edərək, ona terror təşkilatı deyənləri açıq şəkildə təhqir etməkdən çəkinməyən həyasızlardandır.
Xatırladaq ki, Dərəkənd Naxçıvan Muxtar Respublikasında kürd millətindən olan vətəndaşlarımızın kompakt yaşadığı yeganə kənddir.
Bu kəndin adı zaman-zaman PKK-nın fəaliyyəti ilə bağlı gündəmdə olub. Buranı PKK-nın Azərbaycandakı ən önəmli dayaq nöqtələrindən biri kimi qeyd edənlər də var. Hələ 90-cı illərin əvvəllərində PKK lideri Abdullah Öcalana yaxınlığı ilə tanınan Dilan adlı emissar məhz bu kənddə olmuş və adını çəkmək istəmədiyimiz müəyyən şəxslərlə görüşmüşdü. Onun görüşdüyü şəxslər arasında bu gün də demokratik düşərgədə önəmli mövqe tutan siyasətçilər var. Məhz bu fakt sübut edir ki, Naxçıvan PKK üçün hələ 90-cı illərdən əhəmiyyət kəsb edir.
Bundan əlavə, bir neçə il öncə mətbuatda Dərəkənd sakini Bədir Abdullayevin - o, daha çox “ Bado” kimi tanınırdı - PKK sıralarında Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşlərdə həlak olması barədə də xəbər yayılmışdı.

***

Arayış üçün onu deyək ki, terror təşkilatı PKK 27 noyabr 1978-ci ildə Diyarbəkrin Liçə kəndində qurulub. Sosialist ideologiyası əsasında və “Kürd Fəhlə Partiyası” adı ilə  qurulsa da, bu təşkilat yarandığı ilk gündən terrorla məşğul olub, 40 min nəfərə yaxın türkün qanını töküb. Terror təşkilatının başçısı hazırda Türkiyənin İmralı adasında ömürlük həbsdədir. Ötən həftədən etibarən PKK-çılar təşkilatlarının 30 illiyini qeyd etməyə başlayıblar. Allah lənət etsin.

***

Xəbəri gec saatlarda aldığımız üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilmədik.
Mövzuya qayıdacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR