İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun bəyanatı Ermənistan ekspertlərinin Rusiyaya olan nifrətini bir anda məhəbbətə çevirib

6926 19.01.2017 12:00 Gündəm A A
Rusiya xarici işlər naziri Sergey Lavrov bu il yanvar ayının 17-də keçirdiyi 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında  Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını bəyan edib. 

Rusiyalı nazir Qarabağ münaqişəsinin dinc yollarla nizama salınmasına alternativ olmadığını söyləyib.

Bundan başqa, Lavrov Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladıb. 

Onun sözlərinə görə, işğal olunmuş ərazilərin azad olunması ilə bağlı tələblər qalmaqda davam edir, lakin bu problemin güc yolu ilə həll edilməsi demək deyil.

Lavrovun məlum bəyanatı Ermənistanda böyük ruh yüksəkliyi ilə qarşılanıb. Doğrudur, nədənsə rus nazirin “işğal olunmuş ərazilərin geri qaytarılması” kimi ifadəsi barədə qonşu ölkədə danışan yoxdur.

Ermənilər bu bəyanata az qala Azərbaycanla ola biləcək müharibə təhdidindən qurtuluş dərmanı kimi baxırlar.

Onu da qeyd edə bilərik, ki, aşağıda fikirlərini nümayiş etdirəcəyimiz erməni politoloqları çox deyil, cəmi bir həftə bundan öncəyə qədər Moskvanı başlarına gələn bütün bəlaların banisi, Azərbaycanın regiondakı təbii müttəfiqi, Azərbaycanı müharibəyə sövq edən əsas cani kimi tədqim edirdilər. Onların fikirləri dəfələrlə saytımızda dərc olunub. 

Musavat.com Rusiya və Ermənistan mətbuatına istinadən qabaqcıl erməni ekspertlərinin Lavrovun məlum bəyanatı ilə bağlı fikirlərini oxuculara təqdim edir. 

Ermənistanın “Qafqaz institutu”nun direktoru Sergey Minasyanın fikrincə, Rusiyalı nazir beynəlxalq birliyin münaqişənin güc yolu ilə həll olunmasının yolverilməzliyi barədə mövqeyini ifadə edib. 

Onun sözlərinə görə, Sergey Lavrov Madrid prinsiplərinə xüsusi vurğu edərək, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi də daxil olmaqla həmin prinsiplərin, bir-birindən ayrılmaz olduğunu çatdırmaq istəyib.

“Rusiya xarici siyasət idarəsinin rəhbəri münaqişə zonasında eskalasiyanın baş verməməsi üçün mexanizmlərin yaradılması haqqında sazişə hansı tərəfin əməl etmədiyinə diqqət çəkib. Bu ATƏT Minsk qrupunun həmsədrlərindən biri sayılan bir dövlətin xarici işlər naziri tərəfindən açıqlanan kifayət qədər məsul bir bəyanatdır”, - politoloq qeyd edib.

Картинки по запросу sergey minasyan
Sergey Minasyan

Minasyanın fikrincə, Lavrovun bəyanatı cəbhə xəttində yeni eskalasiyasnın alovlanmasına gətirib çıxara bilməz.

Lakin erməni ekspert bu məsələdə Azərbaycanın xarici siyasi ziddiyyətlərdən istifadə edərək vəziyyəti gərginləşdirməyə çalışacağını düşündüyünü bildirib. Politoloq buna örnək olaraq dekabrda baş verən insidenti göstərib.

Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyanın fikrincə isə, Dağlıq Qarabağ problemi 90-cı illərdəki müharibədən sonra Azərbaycanın daxili işi olmadan çıxıb.

Mehrabyan Rusiya xarici işlər nazirinin bu faktı sadəcə təsbit etdiyini, habelə Azərbaycanın öz addımlarını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmalı olduğunu çatdırmaq istədiyini qeyd edib.

Похожее изображение
Ruben Mehrabyan

“Əgər Qarabağ problemi Azərbaycanın daxili işi olsaydı, münaqişənin nizama salınması indi ATƏT-in və onun BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan 3 həmsədrinin nəzarəti atında həyata keçirilməzdi”, -Mehrabyan bəyan edib.

“Rusiya Azərbaycana Dağlıq Qarabağda müharibəyə yol verməyəcəyini başa salmaq istəyib,- siyasi icmalçı Stepan Səfəryan qeyd edir.

Stepan Səfəryan Qarabağ münaqişəsinin Rusiyanın xarici siyasi maraqlarına tərs düşdüyünü iddia edib. Politoloqun rəyinə əsasən Moskva münaqişənin nizamlanmasını ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun administrasiyası ilə dialoq üçün yeni platforma olaraq gözdən keçirir.

Картинки по запросу Stepan Safaryan
Stepan Səfəryan

“ABŞ və Fransa da neytrallıq nümayiş etdirərək hərbi əməliyyatların başlanmasına icazə verməyəcəklər. Azərbaycanı tək dəstəkləyə biləcək dövlət Türkiyədir ki, o da Azərbaycan naminə Rusiya ilə yaxınlaşmanı təhdid altına qoymaq istəməz. Bundan başqa, Azərbaycanın hərbi fəaliyyəti Rusiya üçün arzuedilməz nəticələrə də səbəb ola bilər”, -Səfəryan iddia edib.

Onun fikrincə, Moskva özü üçün prioritet saydığı Rusiya-Türkiyə və Rusiya-ABŞ münasibətlərinin gələcəkdə daha da pozulmasına imkan verə bilməz.
“Hərbi əməliyyatlar ölkələr arasında mövcud ziddiyyətləri daha da dərinləşdirə bilər”, - ekspert bildirb.

Səfəryanın iddiasına görə, Lavrov Azərbaycana danışıqlar masasına qayıtmaqdan başqa çarə buraxmayıb.

Vaqif Hüseyn,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR