İnsanlara hürriyət, millətlərə istiqlal!

Lapşinin anası İlham Əliyevdən oğlunun əfv edilməsini istədi

677 21.01.2017 10:54 Gündəm A A
Bloger Aleksandr Lapşinin anası Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, oğlunun əfv olunmasını istəyib.

Virtualaz.org xəbər verir ki, bu barədə Belarusdakı İsrail konsulu Yuliya Raçinska-Spivakova bildirib.

Lapşinin İsrail vətəndaşı olan və elə orada da yaşayan anası əfv xahişi ilə məktubu İsrail XİN-ə yollayıb. Bu ölkənin xarici siyasət idarəsi həmin məktubu Azərbaycan tərəfinə təqdim etməlidir.

Azərbaycanın tələbi ilə Belarus hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış Lapşin özü də İlham Əliyevin adına məktub yazaraq üzr istəyib. Sözügedən məktub Raçinski-Spivakovanın iştirakı ilə imzalanıb. Bu barədə “Sputnik Armenia” agentliyi “RİA Novosti”yə istinadən xəbər verib.

Məktubunda Lapşin hərəkətlərinin sadəlövhlük üzündən edildiyini bildirir və onlara görə üzr istəyir. Məktub notarial qaydada Belarusdakı İsrail səfirliyinin konsulu tərəfindən təsdiqlənib və İsrail səfirliyi vasitəsilə Bakıya – Azərbaycan prezidentinin administrasiyasına baxılmaq üçün göndərilib.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR