İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistin işdən qovulması ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyindən açıqlama: "Sualı Lider TV-yə ünvanlayın"

914 23.01.2017 14:16 Gündəm A A
Lider TV-nin Rusiya üzrə müxbiri Anar Həsənov işdən çıxarılıb.

Bəzi KİV-lər jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə "vəsatət"i Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qaldırdığını iddia edib. 

Ölkə.Az məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlayib. 

Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, Anar Həsənovun işdən çıxarılması sualını onlara yox, Lider TV-yə ünvanlamaq lazımdır: "Səfirlik öz işi ilə, diplomatik fəaliyyətilə məşğuldur. "Lider TV" isə müstəqil telekanaldır, özləri bilir, kimi işdən çıxarır, kimi işə götürür. Jurnalistin işdən çıxarılması məsələsilə bağlı telekanala müraciət olunsa, daha yaxşı olar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR