İnsanlara hürriyət, millətlərə istiqlal!

FRANSADA “ERMƏNİLƏŞƏN AZƏRBAYCANLILAR” MƏSƏLƏSİ BAKIDA ÇÖZÜLÜR

6045 19.08.2011 09:39 Gündəm A A

Bununla bağlı araşdırmalar aparan lent.az-ın əməkdaşının yazdığına görə, Şəkidəki mənbələr Hədiyyə Bahadır qızı ilə bərabər, elə Rahim Namazovun da Fransaya müxtəlif yollarla “mühacir daşıdığını” deyiblər. Saytın müxbiri Namazovun özü barəsində də müəyyən faktlar əldə edib və onunla danışa bilib. Namazov bildirib ki, o, 2010-cu ilin sentyabrında Fransaya mühacirət edib: “Mən Fransaya viza ilə gəlmişəm. Sonra isə siyasi mühacir statusu almışam”.
Bəlli olub ki, R.Namazov Azərbaycanda üç dəfə məhkum olunub.
Saytın müxbirinin R.Namazovla dialoqundan bəlli olur ki, onun məlum müraciətindən sonra Hədiyyə Bahadırqızının Fransada yaşayan oğlu Elşənin hədələrinə məruz qalır, bu üzdən polisə müraciət etmək istəyir.
Maraqlı bir detal isə ondan ibarətdir ki, Fransaya gedib orada siyasi mühacir statusu alan R.Namazov 2003-cü ilin 15 oktyabr axşamı Müsavat Partiyası qarşısında toplaşan müxalifətçilərə qarşı şüarlar səsləndirirmiş (lent.az). Bu barədə suala isə R.Namazov “bu mənə qarşı böhtandır. Mən...” deyərək, telefonu yarımçıq qapadıb.
Saytın müxbiri həmçinin H.Bahadırqızının aldadıb Fransaya aparmaq istədiyi Şəki sakini Vüqar Rəhimovla da danışıb. O bildirib ki, H.Bahadırqızı onu erməni adı ilə Fransaya aparmağın müqabilində bəri başdan 2 min, Fransaya çatanda isə daha 10 min avro istəyib. Vüqar isə bu çirkin işdən imtina edib.
R.Namazovun özü isə lent.az belə xarakterizə edib: “Bu şəxs Azərbaycanda ”reket jurnalist" kimi tanınmış şəxslər siyahısındadır. Vaxtilə işlədiyi “Hakimiyyət” qəzeti onun şəkli ilə “insanların etibarından və qəzetin adından sui-istifadə etdiyi üçün” elanlı yazı dərc edib, “axtarış” elan etmişdi. Bu “jurnalist” Azərbaycandakı bir çox media qurumları, o cümlədən APA agentliyi barəsində yarandığı ilk aylarda hüquq-mühafizə orqanlarına müraciət edib. O, müraciətində APA-nın “düşmən qüvvələrə, İsa Qəmbər və Əli Kərimliyə işlədiyini” “xəbər vermişdi”. Bunu həmin vaxt bir radionun müzakirə proqramında belə səsləndirmişdi. Belə bir adam necə siyasi mühacir statusu alıb? O, hansı siyasətin mühaciridi? Suallar açıq qalır"...

***

Dünən R.Namazovun atası oğlu haqqında ittihamlarla əlaqədar “Yeni Müsavat”a telefon açıb. “Bu barədə ilk dəfə ”Yeni Müsavat" yazıb. Ona görə də mən bu ittihamlara cavab vermək istəyirəm".
T.Namazov dedi ki, 35 ildir pedaqoq işləyir: “Yoldaşım da müəllimədir. Normal ailə olmuşuq. Rahim, sadəcə, gəncliyinin, çılğınlığının nəticəsində belə şəraitə düşdü, üç dəfə məhkum olundu. Rahim Fransadan təmiz sənədlə siyasi mühacir statusu alıb. Buradan viza ilə getdi, ailəsini müalicəyə aparırdı. Sonra qaldı orda. Yəqin öncədən fikri var imiş ki, sənədlərini də özü ilə aparıb. Ora gedəndən sonra müraciət edib. Təzyiqlərə məruz qaldığı, haqsız həbsləri əsasında siyasi mühacir statusu alıb. O, təmiz sənədlə mühacir alandan sonra erməni adı altında ora aparılmış şəxslər bunun sənədlərini görüblər, baş-gözlərinə vurublar ki, bizi aldadıb gətiriblər, belə bir sənəd veriblər. Rahim də bunları araşdırıb yazıb ki, heç olmasa bu proses dayansın, digər azərbaycanlılar erməniləşdirilməsin. İndi bunu qoyub bir kənara başlayıblar Rahimin özünü ittiham etməyə. Araşdırsınlar, bir sözüm yoxdur. Amma bizdə adam həbs eləmək nə çətin işdir. Deyirlər, bu özü də saxta sənədlərlə Fransaya adam aparıb. Bu ağ yalandır. Bir araşdırılsın ki, bu özü necə gedib, hansı sənədlə gedib. Oğlumun haqqında birtərəfli yazırlar. Çünki o, çox az müddət APA-da işləmişdi, saytın rəhbərliyi ilə aralarında problem yaranmışdı. Araşdırma aparılsın, amma obyektiv. Onsuz da Allah hər kəsin cəzasını özü verir”.
T.Namazov qeyd etdi ki, oğlunun birinci həbsi 2001-ci ildə “Əlillər” qəzetində işləyərkən baş verib: “Onu əlillərlə birlikdə tutdular, 6 ay sonra əfv olundu. İkinci dəfə orduda guya komandiri söydüyü üçün tutuldu”. Sonuncu həbsinin səbəblərinə gəlincə, T.Namazov bunun bir az dolaşıq məsələ olduğunu dedi: “Belə deyək ki, cavanlığının, çılğınlığının üzündən oldu. İşsiz qaldı, dəfələrlə icra hakimiyyətinə də müraciət edib iş istədi, bir şey alınmadı, axırda da bu işlər oldu və çıxdı getdi”. Lakin atasının sözündən belə başa düşüldü ki, son həbsi Rahimin “Hakimiyyət” qəzetindəki fəaliyyəti ilə də bağlı olub.
APA-dan isə müxbirimizə bildirdilər ki, agentlik yeni fəaliyyətə başlayan zaman - 2004-cü ildə belə bir adam iş üçün müraciət edib. Bir neçə gün də sınaq məqsədi ilə işə çıxıb. Lakin bu mərhələni keçmədən və işə alınmadan agentlikdən uzaqlaşdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR