İnsanlara hürriyət, millətlərə istiqlal!

FRANSADA AZƏRBAYCANLILARI ERMƏNİLƏŞDİRƏN BANDANIN CİNAYƏTKAR SXEMİ

2515 21.08.2011 09:31 Gündəm A A
Redaksiyamıza Fransadan yazan Nazim Məmmədli adlı soydaşımız növbəti məktubunda bildirir: “Məni və insanları təəccübləndirən əsas məsələ odur ki, yazıdakı faktlar qalıb bir kənarda, hamı düşüb bu faktları açıqlayan Rahim Namazov adlı insanın üstünə. Mən Rahimi heç vaxt görməmişəm və onunla heç bir tanışlığım yoxdur. Ancaq onu bildirim ki, yazıdakı faktlar hamısı doğrudur. Bu insanlar artıq illərdir öz murdar bizneslərini Bakıdakı havadarları vasitəsilə uğurla davam etdirir. Sizə onların cinayətkar sxemini yazıram. Əlacsızlıqdan, aclıqdan Azərbaycanı tərk etmək istəyən insanları tora salır, ev-eşiyini satdırır, sonra Bakıda onlara ata və ya anasının erməni olması haqda VVAQ vasitəsilə saxta sənəd düzəldirlər. Bundan sonra onları Bakıdan Almaniyanın Frankfurt şəhərinə yola salırlar. Frankfurtda onları Almaniyada yaşayan və əslən Şəkidən olan Sabir və onun həyat yoldaşı Kifayət qarşılayırlar. Onlar bu adamları bir müddət Almaniyadakı evlərində saxlayırlar. Bu müddətdə onlara Fransadakı Miqrasiya İdarəsindəki söhbətdə nə deyəcəkləri barədə məşq keçirlər. Gələn adamlar bu dialoqa hazır olduqdan sonra Sabir onları öz maşını ilə Almaniyadan Parisə aparır və Fransada Zina Tumanyan saxta ad-soyadı ilə yaşayan Hədiyyə Bahadır qızına təhvil verir. Bunun müqabilində 6-12 min avro arasında pul alırlar. Daha sonra qaçqınlar Fransa Miqrasiya İdarəsinə təhvil verilir. Bu insanlar erməniləşdirildiyi üçün 90 faiz hallarda 2-3 ay ərzində oturum alırlar. Bu minvalla Sabir-Kifayət-Zina üçlüyü son 5-6 il ərzində minlərlə Azərbaycan vətəndaşını Fransada erməniləşdirib. Bunun hesabına onlar hədsiz dərəcədə var-dövlət sahibi olublar. Sabirin Şəkidə və Bakıda evləri, iş yerləri, son model avtomobilləri var. Çox qəribədir ki, ”quşu gözündən vuran" Azərbaycanın hüquq-mühafizə orqanları onlara bu illər ərazində “qaşın üstə gözün var” deməyib. Fransada yaşayan azərbaycanlılar bu bandanın əməlləri haqda hər şeyi bilirlər. Rahim Namazov yazısında hər şeyi göstərdiyi halda hər tərəfdən o bədbəxtin üstünə tökülüblər. Bu da onu göstərir ki, bu bandanın Bakıda çox böyük havadarları var".
Nazim Məmmədli daha sonra yazır: “Bir sual ortaya çıxa bilər: bəs bu erməniləşən azərbaycanlılar və Zina Tumanyanlar Azərbaycana necə gedib gəlirlər? Onun da yolunu tapıb banda. Həmin insanlar Fransada aldığı erməni familiyası olan qaçqın pasportu ilə Gürcüstana gəlirlər. Daha sonra Gürcüstanda həmin pasportları gizlədərək əllərində Azərbaycan vətəndaşı olduqlarını göstərən sənədlərlə Azərbaycana keçirlər. Azərbaycanla Gürcüstan arasında vizasız rejim olduğundan sərhəddə rüşvət verərək Azərbaycana, daha sonra geriyə qayıdır, oradan da Parisə uçurlar”.
Ortaya çıxan ən maraqlı sual isə budur: azərbaycanlılara erməni olması barədə saxta sənədi hansı VVAQ verir? Hüquq-mühafizə orqanları bunu niyə araşdırmır? Axı bu, dövləti cinayətdir, milli maraqlara xəyanətdir.
Mövzuya qayıdacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR