İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu ermənilər tarakan kimi hər yerdən çıxırlar" — Sənət adamları Trampın inauqurasiyasından nə dedi?

5879 21.01.2017 17:56 Gündəm A A
Maraqlıdır, dünyanın hər yerində izlənilən mərasimi azərbaycanlı sənət adamları da izləyiblərmi? 

Ölkə.Az sənət adamları arasında keçirdiyi sorğunu şərhsiz təqdim edir.

Xalq artisti Aygün Bayramova: "Rusiya televiziyalarından izlədim. Tam da olmasa, bir az baxdım".

Xalq artisti Bilal Əliyev: "Bəli, andiçmə mərasiminə xarici xəbər kanallarından baxırdım".

Əməkdar artisti Cavan Zeynallı: "Dünən mən də mərasimə baxdım. Ama bu gün oxuduq ki, Trampın komandasında bir erməni var. Doğrusu, bir az məyus olduq ki, bu ermənilər tarakan kimi hər yerdən çıxırlar. Ancaq hələ gözləyək, görək nə olur. Pessimist deyilik".

Müğənni Əli Mirəliyev: "Ötəri baxdım, kanalları çevirəndə gördüm. Amma tam baxmamışam. Eşitdiyimə görə, onun komandasında bir erməni də var. Onların yanında həmişə ermənilər olub".

Xalq artisti Mübariz Tağıyev: "Əlbəttə ki, baxdım. Küçələrdə ona qarşı olan mitinqləri də gördüm. Trampın verdiyi vədlər isə çox maraqlıdır. Çıxışında bildirdi ki, Amerikanın hərbi gücü yetərincə deyil. İndi görək nələr edəcək. ABŞ-ın Azərbaycanla əlaqələri normaldır. İstərdik ki, daha yaxşı olsun. Ümidvarıq ki, Azərbaycana da müəyyən köməkliklər olacaq".

Əməkdar artist İlqar Muradov: "Doğrusu, andiçmə mərasiminə baxmamışam, xəbərim yoxdur. Ümumiyyətlə, siyasətlə maraqlanmıram. Həm də dünən başım qarışıq idi, işlərim var idi".

Rüfət Axundov: "Donald Trampın andiçmə mərasiminə baxmamışam. Müğənniyəm, mənə mahnıdan sual verin, siyasətə qarışmıram".

Xalq artisti Samir Cəfərov: "İşlərim var idi deyə, evə də gec gəldim. Ona görə də baxa bilməmişəm".

Xalq artisti Zaur Rzayev: "Tam yox, amma axırlarına baxa bildim".

Əməkdar artist Nüşabə Ələsgərli: "Hazırda Şəkidəyəm, bacımın il mərasimidir, ona görə də baxa bilməmişəm".

Müğənni Manaf Ağayev: "Hüzr məclisimiz var deyə, baxmamışam".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR