İnsanlara hürriyət, millətlərə istiqlal!

Batumdakı erməni təxribatının detalları

1110 22.11.2014 08:10 Gündəm A A

O, bu barədə şəxsi facebook səhifəsində də məlumat verib: “İlk gün skandalla başladı və mən də bütün bu skandal prosesini foto -video görüntülərlə qəzetimiz üçün hazırladım. Lakin reaksiyalar məni heyrətə gətirdi. Erməni nümayəndə heyəti, konkret olaraq Boris Novosardiyan məndən Avropa Birliyinə şikayət edib. Çünki yazaraq, iddia etmişəm ki, skandala səbəb olan Azərbaycan əleyhinə anti -təbliğat stendini ermənilər sifariş edib və prosesə Boris drijorluq edir... Foto da əlavə olunub iddia mətninə. Kadrda Borisi ”iş başında" yaxalamışam. Təşkilatçılar hazırda bu şikayəti qızğınca müzakirə edirlər... Borisə Bakıdan da ciddi dəstək var. Nə yazıramsa, Qrantın uşaqları anındaca ingiliscəyə tərcümə edib, onlara çatdırır. Onlar da əlində planşet, tez qaçırlar Forum təşkilatçılarının üstünə... Söz azadlığının anasını ağladır, Avropa demokratları, ermənilərə qoşularaq, Batumda. İyrənc bir mənzərə yaranıb. Hətta bizim heyəti sanksiya ilə hədələyirlər, - səbəb də musavat.com -da gedən yazılardır... Oranı tərkib etdim və bundan belə Forumun işində iştirakdan da, onu işıqlandırmaqdan da İmtina edirəm".

Qeyd edək ki, Batumda keçirilən tədbir çərçivəsində Çexiyanın “People in Need” təşkilatı foyedə stend açıb və Azərbaycana dair tənqidi plakatlar asıb. Azərbaycandan gedən nümayəndə heyəti üzvlərinin bir hissəsi buna etiraz edərək, foruma qatılmaqdan imtina edib.
R.Arifoğlu həmçinin bildirib ki, noyabrın 21-də hadisələri kənardan izləyib: “Forumun iştirakçısı Vüqar Bayramovla tez-tez telefonla və facebookla danışıram. Boykot etdiyimə görə mən forumun iclasına getməmişəm. Bildiyimə görə, bu gün ermənilərin şikayəti ilə nümayəndə heyətimizin 4 üzvünün çıxarılması məsələsinə baxılacaq”.

FORUMDAN VƏ ONUN İŞİNİ İŞIQLANDIRMAQDAN İMTİNA EDİRƏM -Rauf Arifoğlu

R.Arifoğlu deyib ki, Azərbaycan nümayəndə heyəti erməni həyasızlığının qarşısını almağa çalışır: “Azərbaycan nümayəndə heyətinin də geri çəkilmək fikri yoxdur. Və hesab edirik ki, heç bir yanlışlığa yol verilməyib. Müzakirələr gedir, hələ heç bir nəticə yoxdur”.
Ermənilər də bu olayla bağlı Rauf Arifoğludan Avropa Birliyinə şikayət ediblər. 

Xatırladaq ki, Batumda keçirilən tədbir çərçivəsində Çexiyanın “People in Need” təşkilatı foyedə stend açıb və Azərbaycana dair tənqidi plakatlar asıb. Azərbaycandan gedən nümayəndə heyətinin üzvlərinin də etirazı məhz bununla bağlı olub.

Tədbirdə iştirak edənlərdən Əvəz Həsənov isə baş vermiş hadisəni facebook vasitəsilə belə şərh edib: “Rauf Arifoğlu hörmət etdiyim, operativ və ənənələr yaratmış jurnalistdir. Onun hazırladığı bu xəbər jurnalist mövqeyi tərəfindən çox operativ bir addımdır. Lakin bu aksiyanın müəyyən tərəfləri var, onu da bilməyinizə ehtiyac duyuram. Proqramda forumdan kənar belə bir sərginin olacağı barədə məlumat olub. Azərbaycan nümayəndə heyətinin bəziləri proqramı dünən gecə alıblar. Bəziləri səhər yeməyi zamanı, bəzilərimiz isə zala daxil olanda almışıq. Buna məlumatı olanlar dünəndən etiraz edə bilərdilər. Səhər yeməyi zamanı da belə etiraz müraciəti qəbul edərək forum başlayanda oxumaq olardı. Təəssüf ki, kolleqalarımızın bəziləri buna çox əsəbi reaksiya verdi və tərəflər arasında mübahisə, dartışma oldu. Forum artıq başladığından bu dartışmanı texniki işçilərlə etmək mənasız idi. Azərbaycan nümayəndə heyəti zala girib buna özünün publik etirazını etsəydi, daha effektiv olardı. Hər iki tərəfin emosional çıxışı buna imkan vermədi. Nəticədə bu qalmaqal yarandı. Nəticədə koridorda küncdə dayanan sərgini zala - hamının qarşısına gətirdilər. Mən kolleqalarıma onu xatırlatdım ki, prezident İlham Əliyev də Strasburqda çıxış edən zaman onun olduğu zalda və koridorda belə sərgi vardı. O, sərgiyə hücum edib onu dağıtmadı. Sadəcə, zalda çıxışı zamanı sərginin təşkilatçılarına öz etirazını etdi və onları ikili standartlarda günahlandırdı. Bizim kolleqalarımızın da forumun Azərbaycana bu cür birtərəfli yanaşmasını çatdırmağa haqqı var idi. İnandırım sizi ki, sərgini zorla götürməyə cəhd olunduqdan sonra bütün şeylər öz əhəmiyyətini itirdi”. 

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR