İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı professordan sonra “Recep İvedik”ə daha bir etiraz gəldi

2755 20.01.2017 16:44 Gündəm A A

Türkiyə Güləş Federasiyası “Recep  İvedik 5” filminin fraqmanındakı bəzi səhnələrə görə bir qınama yazısı yayımlayıb. 

Musavat.com Türkiyə mətbuatına isinadən sözügedən yazını nəzərə çatdırır: “Minlərcə illik tariximizdən günümüzə qədər çatan və yeganə ənənələrimizdən biri olan milli idman növümüz olan güləş hər zaman millətimizin köksünü qabardıb. Dünyaya səs salmış türk pəhləvanları bir çox ölkənin xəyalını belə qura bilmədiyi medalları, mükafatları ölkəmizə qazandırıb, dünyanın hər bucağında İstiqlal Marşımızı oxudub və ay-ulduzlu bayrağımızı göylərə qaldırıblar. Bizim saysız pəhləvanlarımızın zəfərlərini anlatmaq üçün filmlər hazırlasaq, buna ömrümüz çatmaz. Tarixlər boyu anladılacaq bir dastanın izləri və anlıq təsirləri davam edərkən, keçən günlərdə yayımlanan “Recep İvedik 5” filminin fraqmanında Recep obrazının güləş matçında rəqibinə qarşı etdiyi güləş hərəkətlərinin bu idman növü ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. Türkiyə Güləş Federasiyası olaraq güləşimizi əxlaqdan uzaq bir idmanmış kimi göstərən bu filmdə Peyğəmbər və ata idmanımız olan güləşin qüruru, şərəfi və hörmətinin pozulmaqda olduğunu düşünürük. Cəmiyyətin gözü qabağında güləşlə maraqlanan idmançılarımızın aşağılandığı filmdə güləş və güləşçilərin insan haqları da zədələnməkdədir. Heç kimin belə bir haqqa sahib olmadığını xatırladaraq, filminizdə yayınlanacaq olan güləşlə bağlı səhnələrin idman qaydalarına uyğun hala gətiriıməsi və ya yayımlanmamasını tələb edirik. Əks halda hüquqi yollara müraciət etmək məcburiyyətində qalacağıq. Filmi hazırlayan firmanı isə şiddətlə qınayırıq”. 

Musavat.com xatırladır ki, sözügedən filmin boks yarışması səhnəsində Azərbaycan və Türkiyə idmançılarının üz-üzə gəlməsi, daha sonra azərbaycanlı idmançının təhqir edilməsi, üzərindəki Azərbaycan bayrağı olan formasına təpik atılması qardaş ölkədə ciddi etiraza səbəb olmuşdu. Türkiyədə fəaliyyət göstərən azərbaycanlı professor, Giresun Universitetinin müəllimi  Aygün Attarın ciddi etirazından iki gün sonra azərbaycanlı idmançı ilə bağlı həmin səhnə çıxarılmışdı. A.Attar bu səhnənin iki ölkə arasındakı münasibətlərə ciddi xələl verə biləcəyini, azərbaycanlıların bu səhnə ilə təhqir olunduğunu demişdi.  İndi isə bənzər etiraz Türkiyə Güləş Federasiyasından gəldi. Film 17 fevralda nümayiş olunacaq. 

Sevinc, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR