İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan prezidenti Pirəkəşküldə hərbi şəhərciyin açılışında iştirak edib

2036 23.01.2017 11:20 Gündəm A A
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.
 
APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident,  İlham Əliyevə raport verib.
 
Dövlət başçısı İlham Əliyev əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.
 
Ali Baş Komandan hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib.
 
Prezident İlham Əliyev hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.
 
Sonra dövlət başçısı,hərbi qulluqçularla görüşüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR