İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa mühacirlərə qucaq açır, Azərbaycan isə hətta turistləri də sevmir...

2493 23.01.2017 22:17 Gündəm A A

Son vaxtlar Azərbaycanda Avropa ölkələrinə mühacir edən insanların sayı çoxalıb. Son olaraq jurnalistlər Rahim Hacıyev, Çingiz Sultansoyun da mühacirətə getdiyi məlum oldu. Avropa hazırda yaşadığı mühacir böhranına baxmayaraq yenə də irqinə, milli mənsubiyyətinə fərq qoymadan ona sığınan, ondan mədət, kömək uman insanlara qucaq açır. 

Hazırda Avropa ərəb miqrantlarla doludur. Hər halda təsəvvürlər bu cürdür. Maraqlıdır ki, Avropa ilə müqayisədə Azərbaycanda nəinki mühacirlərə, hətta gəlib burada pul xərcləyən turistlərə, xüsusi ilə ərəblərə qarşı bəzən qıcıqla yanaşırlar. Xüsusən də yay mövsümündə bu məsələ sosial şəbəkələrin, mətbuatın mövzularından birinə çevrilir. Yerli sakinlər daha çox ərəb turistlərin yüksək səs tonunda danışmasından, rahat davranışlarından və sairə bu kimi nüanslardan narahat olduqlarını bildirirlər. Bəs görəsən Avropa və Azərbaycan arasında bu cür fərqli yanaşmanın səbəbi nədən ibarətdir?

Sosioloq Əhməd Qəşəmoğlu mövzuya bu cür aydınlıq gətirib: 

“Gəlin baxaq, Avropa nə vaxt mühacirlərə, gəlmələrə isti yanaşdı, məsələn, Almaniyada kimya sənayesi inkişaf edəndə bütün sərhədlərini açdı. Xüsusən də Türkiyəyə yaxın idi və hamını dəvət etdi ki, “gəlin”. Amma niyə? Fəhlə işləməyə. Deyək ki, bir səbəb ona görədir. Öz əhalisini arzu olunmayan istehsal sahələrində işlətmir, gələn qonaqları işlədirlər. Bir çox insanlar da təsdiq edə bilər ki, xarici ölkələrdə süpürgəçilər, xadimələr gəlmələrdir. Digər tərəfdən isə bunun siyasi motivləri də var ki, siyasətçilər bu məsələdən öz xeyirləri üçün istifadə etməyə çalışır, gələnlərə qucaq açırlar. Həmçinin savadlı şəxsləri, alimləri də böyük məmnuniyyətlə qəbul edirlər. Ona görə də hər istiqamətdə qəbul etmə var. Amma gördüyünüz kimi, son vaxtlarda orda mühacirlərin sayının artması və ictimai asayişin pozulması halları ona gətirib çıxartdı ki, qaçqınların axın etməsinə qarşı etirazlar edildi. Yəni Avropa hansı ölkədə ki, öz işlərini nizamlayıb, bilir ki, hansı sahədə nə qədər ona adam lazımdır, o  istiqamətdə qucağını geniş açır.

Qaldı ki, Azərbaycana, ölkəmizin turizm sahədə təcrübəsi çox azdır. Yəni, turistlərin ölkəmizə gəlişinin mənfi və müsbət tərəfləri ilə bağlı təsəvvürümüz azdır. Bu istiqamətdə həm maarifləndirmə işi getmir, həm də görünür ki, turizm idarələri turistlərin özləri ilə lazımi işlər aparmır. Onlara ölkəmizdəki davranış qaydaları ilə bağlı məlumatlar verilməlidir. Biz əhaliyə deyə bilmərik ki, qıcıqlanmayın. Turizm idarələri turistlərə  tövsiyələr verməlidir ki, azərbaycanlıların bu cür spesifik xüsusiyyətləri var, burda hansı davranışlar olar, hansılar olmaz və sairə. Bu baxımdan turizm idarələrinin özlərinin xidməti olmalıdır”. 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR