İnsanlara hürriyət, millətlərə istiqlal!

Astara camaatı təhqir olunduğuna görə ayağa qalxdı

16746 17.02.2014 22:40 Gündəm A A

Məlumatı alan kimi Astaradakı mənbələrimizlə əlaqə saxlamağa çalışdıq. Müsavat Partiyasının Astara rayon təşkilatının sədri Tarif Əliyev bildirdi ki, hər şey sosial şəbəkədə bir təhqiramiz ifadələrin yer almasından başlayıb: ““Odnoklassik”də rayon sakinlərindən biri Ərçivan kənd camaatının ünvanına nalayiq ifadələr işlədib.

 Bu da ərçivanlıların qəzəbinə səbəb olub və xeyli adam toplaşaraq Astara-Lənkəran magistral yolunu bağlayıblar. Əvvəl xəbər yayıldı ki, söyən adam məmurlardan olub. Ancaq sonra dedilər ki, yox, adi adam olub. Güman olunur ki, ehtiyatsızlıqdan işlədilən ifadə olub, xüsusi məqsəd kəsb etməyib”. T.Əliyevin sözlərinə görə, yolun bir neçə saat ərzində kəsilməsi nəticəsində avtomobillərin hərəkəti dayanıb. Hətta Astara bazarındakı yanğını söndürməyə gələn maşınlar da yolu keçə bilmədiyindən dənizkənarı ərazi vasitəsilə hadisə yerinə yetişiblər: “Əhali etiraza qalxanda heç yanğın məsələsi yox idi, camaat polisin qabağında idi, yanğın sonrakı saatlarda oldu”. T.Əliyev dedi ki, aksiyaçılar polis şöbəsinin qarşısına toplaşıb günahkarın cəzalandırılmasını tələb edib: “Polisdən bildirilib ki, həmin şəxs saxlanılıb. Sakinlər isə deyib ki, onu özləri cəzalandırmaq istəyirlər”. 

Rayon bazarının bu ərəfədə yanması isə şübhələri artırıb. T.Əliyevin sözlərinə görə, yerli camaat deyir bazarı yandırıblar: “Amma ortada fakt yoxdur. Əhali deyir bazar öz-özünə yana bilməzdi. Odur ki, hüquq mühafizə orqanlarından məsələnin araşdırılması tələb olunur. Günorta radələrində başlayan yanğın 19 radələrində söndürülüb”. 

T.Əliyev bildirdi ki, axşam radələrində Ərçivan camaatın sakitləşdirmək mümkün olub və əhali evlərinə dağılışıb. 




Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR