İnsanlara hürriyət, millətlərə istiqlal!

“ANA FƏRYADI” ABİDƏSİ AÇILIŞA HAZIRDIR

6072 25.02.2010 09:10 Gündəm A A
Qeyd edək ki, “Ana fəryadı”nın yerləşdiyi parkı əhatəyə alan kiçik məhəccərlər rənglənərək sellofan torbalarla örtülüb. İş icraçıları bunun yeni boyanan məhəccərlərin ətrafdakı tikintinin və maşınların qaldırdığı tozdan qorunması üçün nəzərdə tutulduğunu dedilər.   
Dünən biz ərazidə olarkən parkda təmizlik işləri davam edirdi.
Xatırladaq ki, “Ana fəryadı” abidəsi 1993-cü ildə ucaldılıb. 2008-ci ildə  soyqırımın ildönümü ərəfəsində  yeni abidə ilə əvəz edilib. Hər iki heykəldə əlində öldürülmüş körpəsini  tutan  ana  təsvir olunub.
Amma abidənin sonuncu variantı mübahisə doğurmuşdu. İctimaiyyət nümayəndələri əvvəlki abidəni daha uğurlu hesab edirlər.
Onu da qeyd edək ki, siyasi partiyalar, ictimai təşkilatlar bu gün “Ana fəryadı” abidəsini ziyarət edəcək, bu mövzuda tədbirlər keçirəcəklər. 
Müsavat Partiyası isə fevralın 26-da saat 11:00-da abidəni ziyarət edəcək.
“Borçalı” Cəmiyyəti bu gün saat 14: 00-da Xəzər Universitetinin II korpusunda Xocalı faciəsinin 18-ci ildönümünə  həsr olunmuş tədbir keçirəcək.
Cəmiyyət fəalları fevralın 26-da saat 12:00-da «Xətai» metro stansiyasının qarşısında toplaşacaq və abidəni ziyarət edəcəklər.    
Dünən Böyük Qurtuluş Partiyası da ərazisi işğal altında olan rayon təmsilçilərinin iştirakı ilə partiya qərargahında Xocalı faciəsinin 18 ildönümü ilə bağlı tədbir keçirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR