İnsanlara hürriyət, millətlərə istiqlal!

Amnesty İnternational Fərəc və Sirac Kərimovları “vicdan məhbusu” elan edib

1214 18.08.2014 17:34 Gündəm A A
Amnesty International  beynəlxalq hüquq-müdafiə təşkilatı Müsavat Partiyasının üzvləri, narkotik maddə satışında ittiham olunaraq həbs edilən Fərəc və Sirac Kərimovları “vicdan məhbusu” elan edib.

Təşkilatın bəyanatında deyilir ki, qardaşlardan etirafedici ifadələr alınması üçün işğəncələrə məruz qalıblar.

F.Kərimlinin həbsindən 10 gün sonra - avqustun 2-də onun yanına vəkil buraxılıb. O bildirib ki, etirafedici ifadələr verməsi üçün polisdə onu döyüblər. Hətta hədələyiblər ki, əgər etiraz edərsə valideynlərinə problem yaratmış olacaq, onların evinə silah qoyulacaq.

Sənəddə deyilir ki, F.Kərimli narkotik maddə ittihamı ilə həbs olunub. Lakin polisdə ondan Facebook-da fəaliyyəti ilə bağlı məlumat tələb ediblər.

F.Kərimlinin qardaşı S.Kərimli ondan 6 gün öncə həbs edilib.

Amnesty International  qeyd edir ki, Azərbaycanda fəalların narkotik maddə ittihamı ilə tutulması praktikası yayılıb.

Amnesty International qardaşların azad edilməsinə, onların təhlükəsizliyinin təmin olunmasına çağırır ("Amerikanın səsi").

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR