İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya xarici işlər naziri, ATƏT sədri Qarabağa gedir

1386 23.06.2016 19:53 Gündəm A A
Almaniyanın xarici işlər naziri, ATƏT-in sədri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağa səfər etmək niyyətindədir.

ANS PRESS-in məlumatınaa görə, bu barədə ATƏT-in mətbuat xidməti xəbər yayıb.

Məlumatda bildirilir ki, Ştaynmayer bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Berlində Qarabağ münaqişəsini müzakirə edib.

“Ştaynmayer atəşkəsin möhkəmləndirilməsini alqışlayır. Görüşün iştirakçıları siyasi danışıqlara genişləndirilməsi ilə bağlı razılığa gəliblər. Bugünkü danışıqların gedişatında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılacaq addımlar və Ştaynmayeranın regiona qarşıdakı səfəri müzakirə olunub", - deyə ATƏT-in görüşün nəticələri ilə bağlı bəyanatında bildirilir.

Yəqin ki, bu səfər rəsmi Bakı ilə razılaşdırılacaq. Çünki Azərbaycan tərəfi dəfələrlə Dağlıq Qarabağa qanunsuz səfər edən şəxsləri "qara siyahıya" salıb. 

Almaniya parlamenti bir müddət əvvəl "erməni soyqırımı" ilə bağlı layihəni qəbul edib. Bu qərar Azərbaycan və Türkiyənin kəskin etirazı ilə nəticələnib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR