İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif Çovdarovun oğlu: “Kişi kişinin üzünə durmaz”

6044 19.01.2017 12:33 Gündəm A A
“Təsəvvür edin ki, ömür boyu əziyyət çək, 40 il işlə , pillə- pillə yüksəl,dövlətə qulluq et, canını qoy ,hər kəsə qismət olmayan general rütbəsinə yüksəl və bu gün başı -qulağı 3 qəpiyə dəyməyən , əclaf, şərəfsiz adamlar gəlsin üzünə dursun”. 

Bu etirazın müəllifi hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarovdur. 

Musavat.com xəbər verir ki, R.Çovdarov sosial şəbəkədəki statusunda aşağıdakıları yazıb: “Təəsuflər olsun bu gun bunları yaşayırıq. Generalın ittiham olunduğu epizodların nə dərəcədə gülməli olduğunu və dırnaqarası "zərərçəkmişlərin" nə qədər şərəfsiz, həyasız və dələduz olduqlarının şahidi oluruq.Anasını çərlədib öldürən, əyyaş-əxlaqsız həyat sürən birisi, utanmaz- utanmaz deyirki, oteldə qızlarla dincələrkən MTN bizi tutub. Qadin xeylağına pul atan "adam" bu gün həyasızcasına gəlib MTN zabitlərinin üzünə durur. Mən bildiyimə görə, kişi kişinin üzünə durmaz. Deməli kişi cinsinin nümayəndəsi olmağına baxmayaraq, bunlarda kişilikdən əsər əlamət yoxdur.Burda deyərlər aslan büdrəyəndə çaqqallar baş qaldırır”.

R.Çovdarov bu statusunu musavat.com saytında yer alan “Onu oğlu çərlədib öldürüb”- general sabiq polis əməkdaşının anasının ölümündən danışdı” başlıqlı yazı ilə bərabər paylaşıb. Sözügedən yazı Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə davam edən növbəti məhkəmə prosesinə həsr olunub. Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses zərərçəkmiş şəxs qismində tanınmış Kərimov Neman Süleyman oğlunun epizodu üzrə davam etdirilib. Neman Kərimov Nərimanov Rayon Polis İdarəsinin cinayət axtarış bölməsində kiçik inspektor vəzifəsində işləyib.

Sevinc Telmanqızı
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR