İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə mübahisə

2938 17.10.2014 14:05 Gündəm A A

1-ci vitse-spiker: “Siz iqtidarı ittiham etməlisiniz, mən burda durub baxmalıyam?” 

Milli Məclisin iclasında növbəti dəfə deputatlarla 1-ci vitse-spikeer Ziyafət Əsgərov arasında mübahisə olub.  Fazil Mustafa vitse-spikerin deputatların çıxışına reaksiyasını adekvat saymayıb: “Ziyafət müəllim, xahiş edirəm, heç olmasa hüquqşünas həmkarlara qarşı “qanunu bilmir, başa düşmür” kimi ifadələr işlətməyin. Ən azı bizim növbəti dəfə söz almaq imkanı olmadığı üçün xahiş edirəm bunu nəzərə alın”. 
Sabir Rüstəmxanlı  da etiraz etdi: “Mənim hər hansı çıxışımın Milli Məclis sədrinin müavini tərəfindən populist adlandırılmasını qəbul etmirəm. Mənim heç bir çıxışım populist deyil. Mənə belə damğa vurulmasını qəbul etmirəm. Azərbaycanda son illərdə ev tikintisi ilə bağlı nə qədər insanlar aldadılıb? Guya öz içimizdə sığorta işi həll olunub, xaricə göndərdiyimiz firmalardan bunu tələb edirik? Kim bu fikirləri populizm hesab edirsə, vətəndaşlarımıza hörmətsizlik edir. Burdakı təkliflərin heç biri komitələrdə ciddi müzakirəyə çıxarılmır”. 
Ziyafət Əsgərov isə qarşılığında S.Rüstəmxanlını ittiham etdi: “Sabir müəllim, siz Azərbaycan dövlətini ittiham edisiniz. Mən iqtidar nümayəndəsiyəm, siz iqtidarı ittiham etməlisiniz, mən burda durub baxmalıyam?” 

ELŞAD

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR