İnsanlara hürriyət, millətlərə istiqlal!

Gümrüdə yeni qətl hadisəsi: erməni mediası Paşinyan hökumətini qorxaqlıqda suçlayır

1057 13.12.2018 19:35 Region A A

Xəbər verildiyi kimi, Ermənistanın Şirak vilayətinin Gümrü şəhərində Slobodka məhəlləsində bələdiyyə işçisi olaraq çalışan 57 yaşlı erməni qadın ölüncə döyülüb. Kəllə-beyin travması alan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasının qulluqçusu həbs edilib. Lakin hökumətin bu məsələdə susqunluq nümayiş etdirməsi hətta Nikol Paşinyana yaxın medianı belə, narazı salıb.

Politoloq Qagik Qambaryan Ermənistanın 1-ci informasiya saytına verdiyi müsahibədə hökumət orqanları tərəfindən hadisənin gizlədilməyə çalışıldığını söyləyib.

Qambaryanın fikrincə, prokurorluq bu cür saxtalaşdırmanı hakimiyyətin xəbəri olmadan edə bilməzdi. Erməni politoloq Paşinyan iqtidarının bu məsələni Rusiya hakimiyyətini narazı salmamaq üçün ört-basdır etməyə çalışmasının olduqca narahatedici hal olduğunu vurğulayıb.

O, indiki iqtidarın vaxtilə müxalifətdə olarkən Serj Sərkisyanı ən çox Rusiya hərbçilərinə göstərdiyi yumşaq reaksiyaya görə ittiham etdiyini, lakin hazırda özlərinin də fərqli davranış sərgiləmədiklərini vurğulayıb.

Qambaryan 2015-ci ildə bütöv bir ailəni qıran rus əsgəri Valeri Permyakov hadisəsində olduğu kimi, Rusiyanın qatili Ermənistan ərazisindən çıxaracağını, həmin adamın isə hansı cəzaya layiq görüldüyünün məchul qalacağını bildirib.

Hüquq müdafiəçisi Janna Aleksanyan dekabrın 3-də baş verən cinayət hadisəsinin ilk vaxtlarda Şirak prokurorluğu tərəfindən 102-ci hərbi hissə ilə əlaqəli olmaması barədə verdiyi bəyanatı biabırçılıq hesab edib.

Onun fikrincə, hakimiyyət 6 gün sonra keçiriləcək seçkilərə kölgə salmamaq üçün hadisənin əhəmiyyətini gizlətməyə çalışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR